Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyevdən xəbər var


Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicəsi davam etdirilir


Trend-in məlumatına görə, ağır vəziyyətdə müəssisəyə köçürülən aparıcının səhhəti müalicələrdən sonra sabitləşib. 

Hazırda İ.Mirzəyev özünü normal hiss etsə də, həkimlər onun müalicəsini davam etdirməyi məsləhət görüblər.
 
Qeyd edək ki, bir müddət əvvəl saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində İ.Mirzəyevin səhhətində ciddi problemlər yaranmışdı. Aparıcı yeriməyə çətinlik çəkib, köməksiz hərəkət edə bilmirdi. Həkimlərin müayinə və müalicəsindən sonra İ.Mirzəyevin səhhətində qismən irəliləyiş olsa da, səhhətindəki problemlərin aradan qaldırılması üçün onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi məsləhət görülüb.
 
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.
 
Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar