Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyevin vəkilindən iddialara münasibət


Həbs olunan psixologiya üzrə fəlsəfə doktoru, teleaparıcı, baxıcı İlham Mirzəyevin mətbuat katibi Ceyran Əsgərova açıqlama verib


 O bildirib ki, İlham Mirzəyev həbs olunduğu andan bu günə qədər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır: “İlham Mirzəyevin durumu, səhhəti, saxlanma şəraiti pis deyil. Azadlığı əlindən alınmış adam haqqında “şəraiti normaldır” desək, yanlış olar. Sadəcə olaraq yaşayır. Onunla yalnız vəkili görüşə bilir”.

Ceyran Əsgərova İlham Mirzəyev haqqında iddialara da münasibət bildirib: “İlham Mirzəyevlə Asif Əliyev adlı bir nəfər arasında 7 aydan artıq idi məhkəmə çəkişməsi gedirdi. Guya İlham Mirzəyev bir nəfərə kömək edəcəyi ilə bağlı Asif Əliyevə vəd veribmiş. Bu məhkəmə iki iclasdan sonra yekunlaşacaqdı. Amma İlham Mirzəyevi həbs etdikləri üçün proses dayandı. Yəni İlham Mirzəyev nə vaxt azad olunsa, proses o zaman davam edəcək. Şayiə gəzir ki, guya İlham Mirzəyev Bakı İstintaq Təcridxanasında Asif Əliyevlə birgə saxlanır. Bu, tamamilə yalandır.

Ailəsinin Şirvan şəhərində olduğuna dair xəbər də yanlışdır. İlham Mirzəyevin ailəsi hazırda Bakıda onun azadlığa çıxmasını gözləyir. Oğlu ilə qızının vəziyyəti hər gün pisləşir, ağlayırlar. Birinin 3, o birinin 11 yaşı var.

Bir şayiə də dolaşır ki, guya İlham Mirzəyevin “Tale yolları” adlı restoranı var. Qəti şəkildə belə bir şey yoxdur. Onun evindən, maşınından, bir də “İlhamMed” klinikasından savayı mülkü yoxdur. İlham Mirzəyev Allaha bağlı, həcc ziyarətinə getmiş bir insandır. O, heç vaxt dələduzluqla məşğul olmayıb”.

Ceyran Əsgərova İlham Mirzəyevin ona qarşı ittihamı qəbul etmədiyini də açıqlayıb: “O, özünü qəti şəkildə təqsirli bilmir, çünki heç bir günahı yoxdur. Məhkəmə iclasında da söyləyib ki, hər zaman prezidentinə, xalqına sadiq olub, heç zaman dələduzluqla məşğul olmayıb. Onun üzünə durublar ki, guya kiminsə bəxtini açır, kiminsə falına baxır. Guya İlham Mirzəyev klinikada bazar açıb, hər gələndən 500-1000 manat pul alır, insanları soyur. Bu fikirlərin hamısı absurddur. Belə söz-söhbətin əsası yoxdur.

“İlhamMed” klinikası hazırda fəaliyyətini davam etdirir. İlham Mirzəyev həbs olunduğu vaxt klinika iki gün fəaliyyətini dayandırdı. İşçilərin və yaxın dostlarının başı qarışıq olduğundan pasiyentləri qəbul edə bilmədilər. Sadəcə, klinikaya xəstə qəbulu dayanıb. Öncədən gələn xəstələrin müalicəsi davam edir”.

Ceyran Əsgərova şikayətçilər haqqında məlumatının olmadığını da deyib: “Hər insanın sevəni də var, sevməyəni də. Hələ ki, şikayətçilərin kimliyi bəlli deyil. Nərimanov Rayon Məhkəməsində keçirilən qapalı iclasda şikayətçi olmayıb”.

İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanıb. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.(mediaforum)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar