Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlhamla Fərizənin anaları Bakı Şəhər Baş Polis İdarəsinə çağırtdırılıb


“Şəhidlər xiyabanında kameralar bizim Prezidentə müraciətimizdən sonra quraşdırılıb”


“Şəhidlər xiyabanında müşahidə kameraları məhz Prezidentə müraciətimizdən sonra quraşdırılıb”. 

Bunu Modern.az saytına 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib. 

“Dünən daxili işlər naziri Ramil Usubovun göstərişi ilə ailə üzvlərimizi  Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişdilər. Görüş zamanı məlumat verildi ki, hazırda Şəhidlər xiyabanındakı rüsvayçı hadisə ilə bağlı istintaq gedir. Təhqiqatın gedişi haqqında hər iki şəhid ailəsinə məlumat veriləcək. İdarə rəhbərliyi bildirdi ki, şəhid qəbirləri üzərində təhqiramiz hərəkətlər dövlətimizə atılan çamurdur və bunun edəni tapıb cəzalandırmaq DİN əməkdaşları üçün şərəf məsələsidir”. 

Məzarları təhqir edilmiş İlham və Fərizə Allahverdiyevlərin valideynləri – anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva bir nüçə gün öncə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Bundan başqa “20 yanvar” Cəmiyyəti də Şəhidlər xiyabanında məzarların təhqir edilməsinə etiraz əlaməti olaraq daxili işlər naziri Ramil Usubov və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. 

Hazırda Bakı Şəhər Prokurorluğunda məlum faktla bağlı cinayət cinayət işi açılıb, təhqiqat gedir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar