Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlisu qoruğunda yanğın


Qaxda güclü yanğın baş verib, yanğın nəticəsində 150 hektar ərazidə biçilmiş taxıl sahəsi və kol-kos yanıb


Milli.Az Kanal S-ə istinadən bildirir ki, yanğın şəhər mərkəzindən təxminən 80 km uzaqlıqda, Yeni İlisu kəndində, İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.

Səhər saatlarından başlayan yanğın barədə Qax Rayon Yanğından Mühafizə Hissəsinə axşam saat 21 radələrində məlumat verilib. Dərhal yanğın baş verən əraziyə Qax Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi, Şəki, ZaqatalaBalakən rayonlarından hərəsindən 1 yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Əraziyə cəlb olunmuş şəxsi heyət xüsusi yanğınsöndürən avadanlıqlar vasitəsilə yanğının qarşısını almağa çalışıb. Saatlarla davam edən yanğının qarşısı gecə saat 03:47-də tamamilə alınıb. Yanğın nəticəsində təxminən 150 ha ərazidə biçilmiş taxıl sahələri və kol-kos yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri bilinmir.

Qeyd edək ki, yanan ərazilər İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir.

Faktla bağlı Qax Rayon Yanğından Mühafizə Hissəsində araşdırmalar aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar