Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Nəsibov olayının təfərrüatları


Hüquq müdafiəçisini niyə öldürmək istəyiblər? RATİ Avropa Şurasını öz dəyərlərinə laqeydlikdə suçladı; Naxçıvandakı mənbə danışır; “Biz İlqara deyirdik ki, Fəridi yanından uzaqlaşdır...”


“Bu gündən İlqar çətinliklə də olsa bulyon içməyə başlayıb”. “Yeni Müsavat”a açıqlamasında bunu avqustun 21-də Naxçıvanda vəhşicəsinə döyülən hüquq müdafiəçisi İlqar Nəsibovun həyat yoldaşı, jurnalist Məlahət Nəsibova bildirdi. Onun dediyinə görə, İlqar Nəsibov artıq tibbi ekspertizadan da keçirilib.

Ekspertizanın nəticələri gələn həftə bilinəcək: “ABŞ səfirinin müvəqqəti işlər üzrə rəhbəri zəng vurmuşdu. Biz də istəyirik ki, nəticə tez bilinsin. Beynəlxalq təşkilatlar da İlqar bəyin vəziyyəti ilə maraqlanıb. Burdakı tomoqrafiya çəkilişləri Türkiyə və xarici həkimlərə göndərilib. Onlar da rəy veriblər ki, ona gəzmək, ayaq üstə dayanmaq olmaz. Əks halda, qan sızma ola bilər”.

M.Nəsibova Naxçıvan DİN tərəfindən yayılan bəyanatla bu işin qəsdən məişət zəmininə yönləndirilməyə cəhd edildiyini söylədi. Onun sözlərinə görə, bəyanatda hadisəni törədən şəxsin yalandan VHP üzvü kimi təqdim edilməsi də bu hadisədə hakimiyyətin əli olduğunu sübut edir: “Biz artıq buna tam əminik. Tibbi ekspertiza, həkim rəyləri də göstərir ki, bu işi bir nəfər görə bilməz. Ancaq zombiləşmiş, sifariş almış insanlar başqasına qarşı belə fiziki güc tətbiq edə bilər. Onlar İlqar bəyi öldürmək istəyiblər. Hazırlıqlı adamlar olublar. Elə nahiyələrə zərbələr vurublar ki, öldürsünlər. Mən yenə də təkrar edirəm ki, Naxçıvan sınaq meydanıdır. Artıq insanların tutulması mərhələsi arxada qalıb. İndi başqa tufan gəlir - bəyənmədikləri adamları vurub öldürmək. Bu tendensiya tezliklə bütün Azərbaycana yayılacaq”.

Müsahibimiz İ.Nəsibovu döyən Fərid Əsgərovla guya yaxın dost olması barədə DİN-in bəyanatında yer alan məqamın ağ yalan olduğunu bildirdi: “Onunla dost olmayıb, atası ilə dost olub. O, gənc kimi bizim ofisə gəlirdi, ordakı kompüterdən istifadə edirdi. Doğrudur, bizə dəfələrlə deyiblər ki, onun MTN-lə əlaqəsi vardı. Amma biz hamıya eyni gözlə baxırıq. Çünki hüquq müdafiəçisiyik, fərq qoymurduq ki, kim haranın adamıdır. Əgər adamın problemi varsa və bizə müraciət edibsə, onu həll etməyə çalışırdıq”.

M.Nəsibova hadisə baş verən gün yaşananları da dəqiqliklə xatırlayır: “Telefonuna zəng edib çağırdı. Dedi ki, nəsə problemi var və bu barədə söhbət etmək istəyir. İlqar da şikayətini dinləmək üçün onunla görüşməyə getdi. Gözləmədiyi vaxt Fəridə zəng gəlib. Telefonun o biri tərəfindəki adam buna deyib ki, sən vur. İlqar bəy deyir ki, Fərid də ayağa durub, güclü zərbə endirib gözünün üstündən. Zərbələr beyin nahiyəsinə tərəf yönəlib daha çox. Özünü itirib, gözünü açandan sonra bir neçə dəqiqə başının üstündə iri cüssəli adamları görüb. Onlar da bunu vəhşicəsinə döyməyə davam ediblər. Elə hesab edin ki, ölü adamı döyüblər”. 

Müsahibimiz İ.Nəsibovun F.Əsgərovla ofisdə içki məclisi qurması, məclis zamanı aralarında münaqişə yaranması barədə DİN-in yazdıqlarının da ağ yalan olduğunu diqqətə çatdırdı: “Dindarın cibinə narkotik atan, mədəni adamı şərləyən hüquq-mühafizə orqanlarından nə gözləmək olar ki? Hansı ictimai fəalın işini bu günədək vicdanla araşdırıblar? Onun o halını kim görsə, vicdanı qabarardı. Belə bir bəyanatın yayılması, baş vermiş hadisəni bu miqyasda təqdim etmək onu göstərir ki, İlqar Nəsibovun işini də bu cür ”araşdıracaqlar"".

M.Nəsibova İ.Nəsibovla dost olan F.Əsgərovun atası ilə hadisədən sonra hər hansı danışıqlarının olmadığını dedi. F.Əsgərovun həbsdə olmasına gəlincə, müsahibimiz buna da əmin deyil: “Dəqiq bilmirik. Belə deyirlər ki, guya həbsdədir. Bəlkə kurortdadır?”

Adının açıqlanmasını istəməyən bir naxçıvanlı mənbə də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, F.Əsgərovla İ.Nəsibov arasında heç bir dostluq münasibəti olmayıb. Onun sözlərinə görə, hüquq müdafiəçisi F.Əsgərovun atası ilə dost olub: “İlqara hamımız deyirdik ki, bu uşaq hüquq-mühafizə orqanlarına işləyir, onlarla əlaqəsi var. Amma Fərid İlqarın ofisindən əl çəkmirdi, tez-tez gəlib-gedirdi. Ona da tapşırırdılar ki, ora tez-tez get. Hadisənin məişət zəminində olması inandırıcı deyil. Birincisi, İlqar içki düşkünü birisi deyil ki, içki məclisləri qursun. İkincisi, tərbiyəli adamdır, heç kəs barəsində artıq-əskik danışan deyil. Hadisənin sifarişli olduğunu bütün Naxçıvan bilir”.

Xatırladaq ki, avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək döyüblər. Bir nəfər saxlanılıb. Naxçıvan MR DİN-dən hadisənin məişət zəminində baş verdiyi bildirilib: “İlqar Nəsibov uzun müddət Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Fərid Əsgərovla yaxın dost olub. Vaxtaşırı onlar ictimai birliyin ofisində görüşərək içki məclisləri qurublar. Avqustun 21-də axşam saatlarında hər iki şəxs həmin ünvanda yenə də məclis qurub, spirtli içki qəbul ediblər. Həmin vaxt alkoqolun təsiri altında olan İlqar Nəsibovla Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib”. Məlumata əsasən, Fərid Əsgərov öz izahatında bildirib ki, davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.

Bu arada Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda tanınmış jurnalist İlqar Nəsibova qarşı baş vermiş ölümcül hücumla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, RATİ baş verən hadisədən dolayı şok və sarsıntı hissi keçirir: “Bu hücum ifadə azadlığına dəyər verən hər bir şəxs, xüsusilə də Azərbaycanda ölkənin sədrlik dövrünə təsadüf edən amansız insan hüquqları repressiyasına göz yummağa davam edən Avropa Şurası üçün ”oyadıcı bir zəngdir". Şura özünün hazırkı sədrini insan hüquqlarına qarşı silsilə qəddar cinayətlərə, o cümlədən tanınmış hüquq müdafiəçilərinin  son həbslərinə və aparıcı qeyri-hökumət təşkilatlarının zorla bağlanmasına görə açıq şəkildə qınamayıb... İnsan hüquqlarına qarşı hücum baş verdikdə bunu pisləyən mətbuat bəyanatı vermək Avropa Şurasında həmişəki və gözlənilən bir prosedurdur. Təəssüf ki, repressiya başlanandan bəri biz kəskin bir bəyanat görməmişik. Azərbaycanın geosiyasi məqsədlərinə töhfə verdiyi müddətdə öz dəyərlərinə əhəmiyyət verməyən Avropa Şurası tərəfindən xəyanətə uğradıqlarını hiss edən ölkədəki müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və fəallar ümidsizlik içindədirlər".

Qurum daha sonra Azərbaycan hakimiyyətinin jurnalist Nəsibova qarşı amansız hücum faktı üzrə dərhal müstəqil və şəffaf istintaqa başlamalı, bu əməli törədən və onları təhrik edən şəxsləri məsuliyyətə cəlb etməli olduğunu vurğulayıb: “Azərbaycan bitmək bilməyən zorakılıqlara son qoymalı, jurnalistlərə qarşı hücumları açıq şəkildə pisləməli və onların xüsusilə fəaliyyətlərinə görə zorakılığa məruz qaldıqlarını tanımalıdır”. RATİ öz bəyanatında Avropa Şurasını və ayrı-ayrı üzv dövlətləri Azərbaycanda insan hüquqları böhranına göz yummamağa, ölkədə fundamental insan hüquq və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar