Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmişli rayonu haqqında yayılan xəbərlər əsasızdır - Icra hakimiyyəti


İmişli rayon İcra Hakimiyyəti bildirir ki, son günlər mətbuatda yayılan məlumatlar "qara piar"dan başqa bir şey deyil


Açıqlamada deyilir ki, son dövürlər İmişli rayonunda ölkə prezidenti İlham Əliyevin tapşırılqları və göstərişləri əsasında həyata keçirilən abadlıq və quruculuq işləri, regonların sosial-iqtisadi inkişafı istiqamətində yeni iş yerlərinin yaradılması, işsiz vətəndaşların işlə təmin olunmaları istiqamətində atılan addımlar, yerli özünüidarəetmə orqanlarına,bələdiyyələrə keçirilən seçkilərin uğurla aparılması, müəyyən müxalif qüvvələri narahat etməyə başlayıb.
 
“Elə bunun nəticəsidir ki, daima “ağa qar,qaraya ağ” deməyə çalışan bu qüvvələr İmişli rayonu ilə bağlı ölkə içtimaətində mənfi fikirlərin yaradılması üçün özlərinin “Qara Piar” kompaniyasına start veriblər.
 
Bir neçə gün öncə “Yeni Musavat” qəzetində güya İmişli rayon İcra Hakimiyyətində qəbul zamanı vətəndaşın özünü yandırmağa cəht etməsi ilə bağlı xəbərin yayılması, bunun ardınca da ötən gün rayon İH-i qarşısında bir qadının özünə od vurmağa cəhti ilə bağlı xəbərlərlər məhz bu müxalif qüvvələrin mətbəxində hazırlanraq müxalif mətbuatda yayımlandı. Doğurdan da əgər rayon İH-də keçirilən qəbulda vətəndaş özünə od vurubsa, o vətəndaş niyə xəstəxanada deyil, yaxud da vardırsa hansı xəstəxanadadır?”.

Göndərilən açıqlamada daha sonra vurğulanır ki, rayon İcra Hakimiyyəti olaraq bəyan edirik ki, yayınlan informasıyalar yalan və böhtan olmaqla bərabər, eyni zamanda İmişli rayonu ilə bağlı ölkə içtimaətində mənfi fikrin yaradılmasına xidmət edir. “Bunu edənlər isə yuxarıda qeyd etdiyimiz kimi, rayonda mövcud olan müxalif qüvvələrdirlər. Onlar İmişlidə həyata keçirilən quruculuq və abadlıq işlərini,dövlətin müxtəlif iqtisadi və sosual lahiyələrini görməzdən gəlməyə çalışdıqları üçün bu yolu tutublar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar