Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmişlidə kütləvi zəhərlənmə – “24 xəstə var, qalanlarını evə buraxıblar”

İyunun 21-də İmişlinin Aranlı kəndindəki pambıq tarlalarının birində də kütləvi zəhərlənmənin olduğu deyilir


Bu barədə Azadlıq Radiosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə təxminən saat 11-də kəndin “Petro yeri” deyilən ərazisində baş verib:

“Pambıq tarlasında 60 nəfərədək adam olub. Narahatlıq olan kimi dərhal təcili yardım çağırılıb. Amma zəhərlənən şəxslər Rayon Mərkəzi Xəstəxanasına aparılmayıb. Həkim briqadası gəldi və ilkin yardım kənd xəstəxanasında göstərildi. İcra işçiləri də tökülüb gəlmişdilər. Hazırda burada 24 xəstə var, qalanlarını evə buraxıblar. Hamıdan analizlər götürüb aparıblar rayona. Hələ bilinmir nədir.”

İmişli Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, zəhərlənən şəxslər Aranlı və Qızılkənd kəndlərindəki xəstəxanalara yerləşdirilib:“Dəqiq say deyə bilmərəm. İki gün əvvəlki hadisə zamanı zəhərlənənlərin isə bir qisminin Mərkəzi Xəstəxanada, stasionar şəraitdə müalicəsi davam etdirilir. Başqa xəstələrimiz də var. Ona görə də, həkim və tibb bacılarından ibarət briqada yaradıb ora göndərmişik. Baş həkim özü də oradadır”.

İmişli Rayon İcra Hakimiyyəti başçısının Aranlı kəndi üzrə nümayəndəsi Əlihümbət Alıkişiyev isə deyilənləri təkzib edib: “Belə şey olmayıb. İki gün əvvəl kənddən bir-iki nəfər xəstələnmişdi. Yəqin bunu deyirlər. Həmin şəxslərin də vəziyyəti yaxşıdır.”

Ancaq Aranlı kənd bələdiyyəsinin sədri Nadir Vəliyev bir qədər fərqli danışıb. O, pambıqçıların səhhəti ilə bağlı təhlükəli durumun olmadığını bildirib.

Bələdiyyə sədri açıqlamasında bu gün, iyunun 21-də Aranlıda pambıq sahəsində çalışanların səhhətində pozulmaların olduğunu qeyd edib: “Başgicəllənməsi, ürəkbulanması olanlar vardı. Hamısı gəldilər, kənddəki tibb məntəqəsində müayinə olundular. Kənd məntəqəsində lazımi şərait yaradılıb. Başqa yerdə müalicə olunmalarına gərək olmayıb. Nə gərək idisə edildi, yardım aldılar, evlərinə getdilər. Təhlükəli heç nə yoxdur”.

Bələdiyyə sədrinin sözlərinə görə, sağlığında problem yarananların sayı 23-24 nəfər olub. Hazırda onların hamısının durumunun qaydasında olduğu qeyd edilir.

İmişli Rayon Xəstəxanasının baş həkimi Cəsur Paşayev bu barədə danışmaq istəməyib.

Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Səlim Məhərrəmov isə deyilən hadisənin baş verdiyini təsdiqləyib:“Xəbəri eşidən kimi, mən də həmin kəndə gedib, vəziyyətlə yerində tanış oldum. Dərmanlama işi iyunun 2-də aparılıb. Yəni, işçilərin tarlaya tez buraxılmasından söhbət gedə bilməz. Analizlər götürülüb, bunu tibb işçiləri deyə bilər ki, zəhərlənmə niyə olub. İlkin yardımdan sonra hamı evə buraxılıb, narahatlıq yoxdur.”

Qeyd edək ki, son 2 hıəftədə buna qədər Azərbaycandakı pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsinin qeydə alndığı bildirilir. İyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular. Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi. Sonrakı günlərdə də müraciətlər davam edib.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi. Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma – ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi – ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir. Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar