Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmkansızı bacaranlar...


Elçin Mirzəbəyli yazır


...İnsan doğmalarının, yaxınlarının, sevdiklərinin, onunla eyni düşüncəni, duyğuları paylaşanların qayğısı, diqqəti, təbəssümü ilə əhatə olunanda xoşbəxt olur. Bəzən sayğı dolu bir təbəssüm bütöv bir ömrün xilaskarına çevrilir, zülmət kecələrin içərisindən süzülüb axan işıq seli kimi arxasınca aparır səni... 
...Hər kəsin təkrar-təkrar getmək istədiyi yerlər var bu dünyada. Bəzən uşaqlıq xatirələrimizin əyri-üyrü, dar dalanlarında ilişib qalan sevgi və mərhəmət qapılarının açar dəliyindən geriyə boylanıb o illərin bir anını belə geriyə qaytarmaq, itidiklərinə sarılmaq, qoxusunu almaq istəyirsən. Amma təəssüf... 
Zaman maşını ilə yalnız filmlərdə qarşılaşa bilirik...

...Xoşbəxtlikdən bu dünyada təkrar-təkrar açmaq istədiyim qapıların sayı az deyil. Çünki mən yalnız kilometlərlə məsafədən arxasındakı sevgi və sayğı çələnginin qoxusunu aldığım qapıları açıram. Digərlərinə... heç yaxın da getmirəm.

Artıq 10 ildi... hər çağırıldığımda, hətta çağırılmadığımda belə sevə-sevə üz tutduğum bir qapı da var bu dünyada. İlin bütün fəsillərində o qapının kandarında təbəssümlə, sayğı ilə qarşılanacağımı, uğurlanacağımı bilirəm. Ərklə, sevgiylə açıram o qapını... İrəliyə doğru getdikcə, tanışılığımızın müddətindən asılı olmayaraq, hər addımda qarşıma çıxan insanların təbəssümü ilə qarşılaşıram...
...Bura İctimai Televiziyadır. 10 il ərzində bu ünvan çoxlarının doğma evinə, iş yerinə, xəyallarının gerçəkləşdiyi məkana çevrilib. Mənim üçünsə İctimai Televiziya ilk növbədə dost qapısıdır. Daha doğrusu dostlarımın qapısı... 

Tanışlığımızın ilk günlərindən İctimai TV-nin keçdiyi yola nəzər sala bilərdim bu yazıda... Amma bu yol hər kəsin gözünün önündən keçib və keçməkdədir. Fərqli baxışlar, yanaşmalar ola bilər, şübhəsiz. Lakin ortalıqda olan, hər kəsin görə və qiymətləndirə biləcəyi bir reallıq var. İctimai Televiziya 10 il ərzində çox böyük yol keçib. Müasir dövrdə, informasiya məkanında hər saniyənin önəm daşıdığı bir zamanda Azərbaycan Milli Mətbuatının təməl prinsiplərinə, marifçilik ənənələrinə sadiq qalmaqla, milli-mənəvi dəyərlərə, əxlaq kriteriyalarına, ictimai maraqlara üstünlük verməklə hüdud və dəyər tanımayan rəqabət mühitində öz yerini qoruyub saxlamaq olduqca çətindir. Bəlkə də imkansızdı... İctimai TV imkansızı bacarıb. Mübliğəsiz-filansız... 

Sərhəd və dəyər tanımadan, mənsub olduğun xalqın gələcəyini düşünmədən əlinə düşən informasiyanın “başını açıb buraxmaqla” uğur qazanmağa nə var ki... Hünərin var çəkini, düzənini qoruyaraq irəli addımla...
...Hər kəs harada və necə addımlayacağını özü müəyyənləşdirir. Sürətini də... Amma zaman bizim sürətimizdən asılı deyil, arzu və istəklərimizin mənzilini, hədəflərini müəyyənləşdirmir, məsafələri qısaltmır. Məsafə nə qədər olursa olsun, önəmli olan hədəfə doğru necə addımlamağındır! Önəmli olan YOLdu! Çünki bu yolla səndən sonra gələnlər də addımlayacaqlar!

P.S. 10 yaşın mübarək, İctimai! Uğur səninlə olsun!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar