Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahan nəzarətçiləri müəyyənləşib



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən imtahanlara zal nəzarətçisi qismində cəlb olunması nəzərdə tutulan müəllimlər üçün keçirilən treninqlər başa çatıb


PİA.AZ TQDK-ya istinadən xəbər verir ki, yanvarın 26-dan başlayan treninqlər martın 5-də yekunlaşıb. TQDK-nın mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən keçirilən treninqlər respublikanın bütün şəhər və rayonları üzrə 2143 təhsil müəssisəsini əhatə edib.

Treninqlərdə Bakı, Sumqayıt və Abşeronun orta ümumtəhsil müəssisələrindən 4574, TQDK-nın Naxçıvan MR Regional Bölməsi üzrə 673, Gəncə Regional Bölməsi üzrə 1901, Lənkəran Regional Bölməsi üzrə 1495, Xaçmaz Regional Bölməsi üzrə 836, Şəki Regional Bölməsi üzrə 1125, Şirvan Regional Bölməsi üzrə 1174, Göyçay Regional Bölməsi üzrə 1234, Ağcabədi Regional Bölməsi üzrə 1166 müəllim iştirak edib. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydaları izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib. Treninqlərdə nəzarətçi-müəllimlərin sualları cavablandırılıb, şəxsi anket məlumatları dəqiqləşdirilib.

İştirakçılar (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən aprel ayından keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar