Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahanlara İctimai Şura nəzarət edəcək


Azərbaycan Dövlət İqtisad Universitetində "UNEC İctimai Nəzarət Şurası" yaradılıb


 İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, UNEC-də təşkil olunan 2015/2016-cı tədris ilininyaz semestrinin imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib. 

Azərbaycanın tanınmış ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələrinin təmsil olunduğu Şura sessiyanın monitorinqini apararaq nəticələri qiymətləndirəcək.

İctimaiyyət nümayəndələri, valideynlər, KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri şikayət və təkliflərini, onları narahat edən sualları yalnız Şuraya ünvanlaya biləcəklər.

Daxil olan müraciətlər mütəxəssislər tərəfindən şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi təmin ediləcək. Bu məqsədlə Apellyasiya Komissiyasının işinə nəzarəti də Şura həyata keçirəcək.

İmtahan dövründə universitetin qaynar xətt xidmətinin (146-1-3) fəaliyyəti də şuraya həvalə ediləcək. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan aparacaqlar. İmtahan sessiyası ilə bağlı informasiyalar da Şuranın icazəsi olmadan yayılmayacaq.

"UNEC İctimai Nəzarət Şurası"na "XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri, koordinator Etibar Əliyev, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin direktoru Zaur Mahmudov, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, Parlament Jurnalistləri Birliyinin sədri, Modern Media Qrupunun baş direktoru Elşad Eyvazlı və "525-ci qəzet"in müxbiri Sevinc Qarayeva daxildir. Mayın 31-də üzvlərlə görüşən rektor,professor Ədalət Muradov bildirib ki, İctimai Nəzarət Şurasının yaradılması UNEC-də keçirilən imtahan prosesində ictimai nəzarəti təmin etməyə xidmət edəcək.

Ə.Muradov, monitorinqlər zamanı gördüklərini olduğu kimi ictimaiyyətə çatdırılmasını Şura üzvlərindən xahiş edib. İstəyimiz obyektivliyin təmin olunması, şəffaflığın qorunmasıdır.

Rektor qeyd edib ki, hədəfimiz UNEC-i dünya səviyyəli universitet sıralarında görməkdir.

Görüşün sonunda İctimai Nəzarət Şurasının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə Şura üzvləri tərəfindən təkliflər verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar