Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtiyazından sui-istifadə edənlərə xəbərdarlıq


Dövlət tərəfindən imtiyazlı vətəndaşlara göstərilən qayğı sözsüz ki, danılmazdır, ancaq bəziləri bundan sui-istifadə edirlər. Bəzi sürücülər onlara verilən avtomobilləri dövlət qeydiyyat nişanı olmadan idarə edirlər. Hətta elələri var ki, belə vəziyyətdə taksi fəaliyyəti ilə də maşğul olurlar. Yol polisi isə belə sürücülərə xəbərdarlıq edib


PİA.AZ "Xəzər Xəbər"ə istinadən bildirir ki, görüntülər paytaxtın müxtəlif yerlərində və Bakı-Sumqayıt yolunda lentə alınıb. Əsas məqam bunların dövlət tərəfindən əlillərə verilən avtomobillər olmasıdır.

Son günlər yollarda nömrəsi olmadan avtomobili idarə edən sürücülərə tez-tez rast gəlinir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ, 20 Yanvar və Çernobıl əllillərinə paylanılan avtomobili idarə edən bəzi sürücülər nəqliyyat vasitəsinə nömrə almır.

Nazirliyin sözcüsü Elman Babayev bildirir ki, əllilərə avtomobil paylanarkən Yol Polisindən qeydiyyatdan keçmək və nömrə alınması üçün sənədlər də verilir. Ancaq, bəzi sürücülər verilən sənədləri Yol polisi idarəsinə təqdim etmirlər.

Yol Polisi isə belə sürücülərə qarşı sərt tədbirlər həyata keçiricəyini bildirir. Baş Dövlət Yol Polisi İdarəsnin sözcüsü Kamran Əliyevin sözlərinə görə, sürücülər dövlət qeydiyyatından keçməyibsə və nömrə, eləcə də etibarnamə almayıblarsa barələrində İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə görə, 50 manat cərimə nəzərdə tutulub.

Avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən sürücülər 60 manat pul və 4 balla cərimə olunacaqlar. Avtomobil isə cərimə meydançasına aparılacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar