Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndi Seçim Anıdır


Yazıya bu başlığı seçməyim təsadüfi deyil


Bu, İsa Qəmbərin 2003-cü ilin prezident seçkilərindəki əsas şüarı idi. İsa Qəmbərin prezidentliyə namizəd kimi möhtəşəm seçki kampaniyası məhz bu şüarla aparılmışdı. İndi isə Müsavatın özündə seçkilərdir. Bu gün Müsavat Partiyasının qurultayı və yeni başqan seçkiləridir. 22 il Müsavata rəhbərlik edən İsa Qəmbər bu gün başqanlıqdan gedir və müsavatçılar özlərinə yeni rəhbər seçəcəklər. Sözün əsl mənasında Müsavat və onun üzvləri üçün İndi Seçim Anıdır. Başqanlığa iddialı olan dörd namizəd təxminən bir aya yaxın təbliğat kampaniyası apardılar və bununla da Müsavat Azərbaycana yeni demokratiya nümunəsi gətirdi, hər bir partiyaya örnək olacaq bir ilkə imza atdı. 

Aparılan seçki kampaniyası Müsavatın strukturlarını, üzvlərini xeyli canlandırdı, partiyanın özünə və ölkənin siyasi həyatına dinamika gətirdi. Facebookdakı bəzi “atışmaları” çıxsaq, ümumilikdə namizədlər seçki kampaniyasını çox təmkinlə, bir-birinin ünvanına hansısa ittihamlar, aşağılayıcı ifadələr işlətmədən apardılar. Məhz Müsavata və onun üzvlərinə, İsa Qəmbərin 22 il başqan olduğu bir partiyaya da yaraşanı budur.

Xüsusən də seçki mübarizəsinə qoşulan Müsavatçı gənclərin bu kampaniyadakı təmkini,  özlərini aparmaları, rəqiblərə qarşı hər hansı qara “piar” aparmamaları diqqətçəkən oldu. Adətən bu cür yarışlarda gənclər daha çılğın, daha emosional, daha etirazçı olurlar. Amma Müsavatçı gənclər bunun əksini ortaya qoydular. Bu həm də bir əxlaq məsələsidir. Siyasi baxımdan Müsavatda yetişən gənclər elə bu siyasi əxlaqı da bu partiyada öyrəniblər. Ümumilikdə isə xırda-para məsələləri nəzərə almasaq, bu seçki kampaniyası Müsavatda dəyərlərə, əxlaqa böyük üstünlük verildiyini bir daha ortaya qoydu.
Arzu və ümid edək ki, indiyədək aparılan uğurlu və namizədlərin bir-birini aşağılamadığı, təhqir etmədiyi seçki kampaniyası bu gün elə bu formada da başa çatacaq. 

Müsavatçılar öz yeni başqanlarını seçərək hamılıqla bir yerdə yola, mübarizəyə davam edəcəklər. 
Əgər bu partiya ölkə siyasətinə bir yenilik gətirərək başqan seçkisini belə bir kampaniyanın sonucu olaraq seçmək nümunəsini ortaya qoyubsa, bunun nəticəsinin də ölkə, cəmiyyət üçün bir nümunə olmasını təmin etməlidir. 

Bununla da həm cəmiyyətə, həm də opponentlərə bir mesaj verilməlidir ki, həm Müsavat öz dəyərlərinə sadiqdir, partiyada hansısa xırda qrup maraqları yox, ümumi mübarizə əzmi var. Ən əsası da demokratik seçkinin necə keçirildiyini sübut etməkdir.
Əgər hər kəsin niyyəti doğrudan da Müsavatın güclənməsinə, böyüməsinə, mübarizəni davam etdirməsinə nail olmaqdırsa, o zaman seçkinin nəticəsindən asılı olmayaraq, hər kəs bunun belə olduğunu əməli ilə təsdiqləməlidir. 
Müsavat bu qurultaydan hansısa qopmalar, parçalanmalarla yox, daha da bütünləşərək çıxmalıdır. Bu həm də Azərbaycan, onun gələcəyi, ölkə siyasəti üçün lazımdır.

Müsavatın qurultayında iştirak etmək üçün Bakıya gələn Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal dünən “Yeni Müsavat”ın redaksiyasını ziyarət edərkən çox gözəl sözlər dedi. 
Cəmil bəy dedi ki, əlbəttə bu seçimdə bir kişi qazanacaq, amma qazanmayan olmayacaq.  Yəni seçkini qazanmayanlar “mən uduzdum” deməməlidir.
Çox doğru yanaşma, doğru mövqedir. Bu qurultayda bütövlükdə Müsavat qazanmalıdır. Ümid edək ki, belə də olacaq.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar