Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndi nə edək? 3000-ci ili gözləyək?

Az qala otuz ildir ki, siyasətdən yazıram. Amma hər dəfə siyasət məni təəccübləndirməkdə davam edir. Bəzən hətta mənə elə gəlir ki, bu otuz ildə siyasətdən otuz kəlmə də başa düşməmişəm...


Qərəz, bugünlərdə D.Kameronun bir bəyanatını oxudum. İngiltərənin baş naziri ərz etmişdi ki, Türkiyə Avropa Birliyinə üzv olmasını hətta 3000-ci ildə də reallaşdıra bilməz...

Nə gizlədim? Avropanı, onun mədəniyyətini, siyasi sistemini çox sevir və yüksək dəyərləndirirəm. 

Amma buna baxmayaraq, Avropa siyasətçilərinin təkəbbürü hər dəfə məni üzür. Bəli, çox istərdik ki, bizim Türkiyə AB-nin üzvü olsun. Bu, bir müsəlman ölkəsinin birdəfəlik demokratiya dünyasına qədəm qoyması demək olardı. 

Amma buna on illər sərf edildi. Fəqət, nəticəsi olmadı. Demək istəmirik ki, həmin illər tamam faydasız ötüşdü. Yox, Türkiyə müəyyən siyasi və ya iqtisadi islahatlar apardı. Bunlarsa ölkənin daha da demokratikləşməsinə və sağlam iqtisadi mühitin, fonun yaranmasına səbəb oldu. Di gəl, Türkiyə Avropa Birliyinə üzv olmadı. 

Nə etmək olar? Bir vaxt Türkiyəyə səfər edən Fransa prezidenti demişdi ki, Türkiyənin Avropaya, Avropanın da Türkiyəyə ehtiyacı yoxdur... Bununla sanki on illərlə davam edən prosesə nöqtə qoyuldu. Fəqət, indi suriyalı qaçqınların Türkiyədə cəmlənməsi və Avropanın buna görə Türkiyəyə minnətçi düşməsi bizi yenidən həmin köhnə prosesə qaytardı. Demirik proses əvvəlki aktuallıqla bərpa olundu. Amma Avropanın öz keçmiş partnyoruna vizasız rejim vəd etməsi və sonra da durub bunu müəyyən məsələlərlə şərtləndirməsi köhnə Avropa Birliyi söhbətlərini azca olsa da, təzələdi.

Onların nə qədər davam edəcəyini bilmirik. Amma güman edirik ki, bir o qədər də sürəkli olmayacaqlar...

Türkiyə-AB münasibətlərində məni həmişə bir detal düşündürüb. Bəli, öz inkişaf səviyyəsinə görə Türkiyə hələ Avropa ölçülərinə cavab vermir və xeyli nöqsan var. Fəqət, güman etmirik ki, bu, Birliyi ehtiyatlandıran ən əsas səbəbdir. 

Yox, burada əski stereotiplər daha çox rol oynayır və belə demək olar ki, Avropa müsəlman ölkəsinin dirçəlməsində heç də maraqlı deyil. Avropa Türkiyəyə hələ də ehtiyatla yanaşır və keçmiş Osmanlını unuda bilmir...

Ümumiyyətlə, böyük dövlətlərə Avropa çox ehtiyatla yanaşır. Məsələn, bəlkə də yanılırıq, amma yaxın vaxtlarda Ukrayna Avropa Birliyinin üzvü olsa, buna çox təəccüblənərik. Niyə görə? Ona görə ki, Ukrayna böyük  ölkədir, əhalisi də çoxdur...

Ən əsası isə heç, bilirsiniz, nədir? Təbii ki, Avropa böyük bir sivilizasiyadır. Bu xüsusda elə bir etirazımız yoxdur. Kim Avropanın dünya mədəniyyətinə töhfəsini unuda bilər? Amma inkişaf təkcə Avropa hüdudları ilə məhdudlaşmayıb. Çin Avropadırmı? Yaponiya Avropadırmı? Cənubi Koreya Avropadırmı? Və yaxud da elə ABŞ özü Avropadırmı? Bəli, Kameron Türkiyənin AB - yə üzv olmayacağını deyir. Amma onun öz ölkəsində AB-yə neqativ münasibət bəsləyənlər, ölkələrinin Birlikdən çıxmasını arzu edənlər də az deyil. Deməli, insanlar, o cümlədən də avropalıların bir hissəsi, özü də əhəmiyyətli hissəsi Avropaya qurtuluş məkanı, cənnət kimi baxır. 

Avropa ölkələri Birlik yaranana qədər çox böyük inkişaf yolu keçdilər. Türkiyə də çalışmalıdır ki, bu yolu keçsin. Bu yol keçilsə, heç AB-yə üzv olmağa da ehtiyac qalmaz...

Çoxdandır ki, biz müsəlmanlar öz təşəbbüsümüzlə heç nə etmirik, təşəbbüskarlığımızı, kreativliyimizi tamam itirmişik. Bu məsələ də məni daim düşündürür. Bu yaxınlarda türk əsilli Nobel ödülçüsü belə bir söz demişdi ki, son beş yüz ildə müsəlman aləmi dünya elminə heç bir töhfə verməyib. 

İlk baxışda bununla razılaşamamaq da olardı. Ona görə ki, yüzlərlə müsəlman əsilli alimin adını çəkmək olardı ki, onlar həqiqətən də çox böyük işlər görüblər...

Amma bir detala fikir verin. Onlar haqqında biz “müsəlman əsilli” dedik.

Ona görə ki, müsəlman olsalar da, daha çox Amerika və yaxud Avropa alimləri kimi fəaliyyət göstəriblər. Dünya mədəniyyət və elm arealında müsəlmanlar son vaxtlar bir ölkə və dövlət kimi təmsil olunmayıb. 

Ən ağrılısı isə odur ki, həmin ölkələr faktiki olaraq bununla barışıblar. Hətta bu xüsusda söhbət düşəndə onların təmsilçiləri qayıdır ki, belə hal heç də faciə deyil, guya elmin vətəni olmur. Amma həqiqətənmi belədi?(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar