Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndi seçim anıdır


Avropa İttifaqının Riqada keçirilən “Şərq tərəfdaşlığı” Sammitində Ukrayna və Gürcüstandan fərqli olaraq, Azərbaycanın ərazi bütövlüyü tanınmadı


Elə bu amil də onu deməyə əsas verir ki, Qarabağla bağlı uzun müddət eyni prinsiplər ətrafında sonsuz danışıqlar aparmaq mümkün deyil. Hazırkı status kvoda razılaşdırılmamış iki əsas prinsip var. Uzun illər ərzində aparılan danışıqlar bu iki sadə suala cavab tapa bilmədi - Dağlıq Qarabağın statusu necə və hansı formatda olması və Laçın koridorunun sərhədləri və statusu necə müəyyən ediləcək?

Adıçəkilən prinsiplər ətrafında sonsuz sayda variantlar mövcud ola bilməz. Ortada razılaşdırılmamış məsələlərlə bağlı üç-dörd təklif var və bu variantlardan biri seçilməlidir. Əgər həmin təkliflərdən biri seçiləcəksə, Qərb siyasətçilərinin də dediyi kimi razılaşma ola bilər. 
Bu il, ümumiyyətlə, Qarabağ danışıqlarında dinamikliyin olmasıyla seçildi. Bu il Qarabağ danışıqlarının gedişinə əsas təsir edən amil Ukraynada baş verən “məxməri inqilab” və separatçı rejimlərin yaranması oldu. Bu olaylar, ümumiyyətlə, separatçı rejimlərə olan münasibəti bir qədər dəyişdi. Qərb ölkələri və eləcə də münaqişə tərəfləri belə separatçı rejimlərin siyasi hakimiyyətlər və regionlar üçün nə qədər böyük təhlükə olduğunun şahidinə çevrildilər. 

Ukrayna olaylarından sonra məlum oldu ki, münaqişənin uzun müddət dondurulmuş halda qalmasından hansısa mərhələdə xarici dövlətlər istifadə edə bilər. Rusiyanın Ukraynaya təcavüzündən sonra həm Ermənistan, həm də Azərbaycan prezidentləri konfliktin həllinin zəruriliyini milli dövlətçilik baxımından vacib olduğunu gördülər. Qərb dövlətləri fikirləşirdi ki, Qarabağ konflikti kimi dondurulmuş münaqişə onların regiondakı maraqlarının gerçəkləşməsinə mane olmur. Amma məlum oldu ki, Rusiya istənilən vaxt dondurulmuş münaqişələrdən Qərbin bütün maraqlarını zərbə altına qoymaq üçün istifadə edə bilər. 
Krım böhranından sonra regiondakı enerji layihələrinin gerçəkləşdirilməsinin səmərəliliyi də şübhə altına qoyuldu və bu da ciddi faktordur. Sözsüz ki, belə faktorlar Qərbin mövqeyinə ciddi təsir etdi. 

Rusiyanın Ukraynadakı işğalçılıq siyasətindən sonra artıq ABŞAvropa həll olunmamış münaqişələrin mümkün qədər tez çözülməsində daha çox maraqlıdır. 

Rusiya isə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əleyhinə çıxış etməsə də, onun tam həllini mümkün edən addımların atılmasının qarşısını aldı. 

Avropa İttifaqının Riqada keçirilən “Şərq tərəfdaşlığı” Sammitində yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyünün tanınmasının pərdəarxası baş qəhrəmanı da elə Rusiya oldu. 

Riqaya getmək lazım idi. Qərb Rusiya və müttəfiqlərinə münasibətdə sərt mövqe sərgiləyir. Ruslar Ukraynanın başına açdıqları oyundan sonra beynəlxalq aləmdə imiclərini darmadağın etdilər. 

Digər tərəfdən, Kremlin Krım və Donestk separatçı rejimlərinin müstəqilliyinin tanınması çağırışları Riqada Aİ-nin sərgilədiyi mövqe arasında ciddi bir ziddiyyət yaranır. Bu amil son nəticədə Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərə bilər. Siyasi iradə nümayiş etdirilməzsə, münaqişənin həllini gözləmək xeyli çətin olacaq. Odur ki, seçim etmək zamanı gəlib. Rusiya, yoxsa Qərb?..

Azər RƏŞİDOĞLU(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar