Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndiki Rusiyanın axırı nə vaxt gələcək?


Vladimir Putin doqquz yaşlı uşaqdan soruşub ki, Rusiya harada qurtarır. O isə cavab verir ki, Berinq boğazında. Amma Putin bildirib ki, Rusiyanın sərhədləri heç yerdə qurtarmır!


Bu zarafat sayılmamalıdır. Rusiya prezidentinin söylədiyi şüuraltının təzahürüdür. Bu təzahür isə imperiyanı arzulayan insanın şüurunda kök salmış formuladır. Ona görə ki, imperiya digər bir imperiyanın sərhədlərinə çatana kimi genişlənməyə həmişə hazırdır.

Rusiya dünyagörüşünün xüsusiyyəti də məhz elə bundan ibarətdir. Onun vətəndaşlarının əksəriyyətinin düşüncəsinə görə, Moskva Ukraynadan “yad” bir şey götürməyib, sadəcə olaraq “özününkü” sayılanı geri qaytarıb. Yəni, boşanma zamanı əmlakın bölüşüdürülməsi kimi. Bu cür yanaşma çərçivəsində bütün Ukrayna ayrıca suveren dövlət kimi deyil, mülkiyyət siyahısındakı bir əşya kimi başa düşülür. Belə cıxır ki, ortada ”bizimkilər” və “sizinkilər” var. Deməli ümumi çantada “bizimkilər” olanadək, biz həmin çantaya iddialıyıq.

Problem ondadır ki, imperiya təfəkküründə ”bizimkilər”-in sərhəddinin hüdudları həmişə bəlli olmur. Həmin təfəkkürün sərhəd dirəyinə nifrətli baxışlarını nə zaman zilləyəcəyi isə bəlli deyil.

Hətta əgər belə fantaziya qursaq ki, Moskva Ukraynanı bufer formatda mövcudluğuna qaytara bilib – onda deməli Lvov və Ujqorod sərhədlərindən o tərəflər rusiyalılar üçün “özgənin” məkanımı sayılacaq? Həmin ərazilərdə Moskvaya baxmadan istədikləri kimi yaşayacaqlarmı? Görəsən Kremlə nə qədər ərazi lazımdır ki, özünə vurğun imperiya mentalitetinin iştahı sıfıra ensin?

İmperiya təfəkkürü üçün “özününkü” kateqoriyasına daxil olmayanlar düşməndirlər. Polşa “özgədir”? Bəs Rumıniya? Və ya Pribaltika? Finlandiya – orada çuxonlar yaşayır və ya hər halda suveren dövlətin sakinləridir? “Bizimkilər” sayılmayanlar rus dilini anlamayanlardır? Provaslavlığa etiqad etməyənlərdir? Bəlkə həmin ərazilər imperiya əsgərlərinin ayaqları dəyməyən yerlərdir?

Bəlkədə Rusiyanın problemi ondadır ki, burada “mənimki” kateqoriyası öz təsdiqini tampayıb. Çünki “mənimki” həmişə konkretdir və həmin kateqoriya mülkiyyət hüququ hissi yaradır.

“Bizimkilər” məfhumu həmişə prinsipsiz və məsuliyyətsizliklə eyniləşdirilir. İstənilən kollektivçilik konkretsizlik və yayğınlıqdır. Onun mənasını hər formaya salıb şişirtmək mümkündür, heç yoxlayanı da olmayacaq. Çünki ümumi şeyin arxasında gizlənirsən və ona söykənərək, özünü gözdən uzaq salırsan. Konkret olmaqdan çıxıb kütləyə qarışırsan.

İndiki Rusiyanın axırı, onun vətəndaşları “mənim”in “bizim”dən yaxşı oduğunu anlayacaqları vaxt gələcək. Onda onlar öz sərhədlərinin harada qurtardığını 2013-cü ildəki xəritənin konturlarında görəcəklər. Bunu anlamayana qədər onların beynində ”rus dünyası” hökmranlıq edəcək. Həmin “rus dünyası”nın isə hüdudu yox, yalnız üfüqləri var.

“Krım Realiy”- ABŞ

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar