Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngiltərə qəzeti Malta baş nazirinin Bakı səfərindən yazdı



İngiltərənin nüfuzlu “İndependent” qəzeti Malta Baş naziri Cosef Muskatın Azərbaycan səfərindən yazıb


Qəzet Malta Respublikasının Baş naziri Cosef Muskatın Azərbaycana gəlişinin əsas məqsədinin enerji sahəsində əməkdaşlıq olduğunu bildirir.

 Malta baş nazirinin Azərbaycana hazırlıqsız gəldiyinə diqqət çəkən qəzet səfər zamanı jurnalistlərin iştirak etməməsi və bir sıra gizli məqamlar üzərində dayanaraq kiçik araşdırma aparıb.
 
Cənab Muskatın Azərbaycan səfərinin reallaşmasına saatlar qalmış açıqlanmasının arxasında bir sıra gizli məqamların olduğunu yazan dərgi yayılan bəyanatların “gözdən pərdə asmaq” üçün verildiyini bildirib: “Çox qısa bir bəyanat yayıldı. Energetika və Səhiyyə naziri Konrad Mizzi Azərbaycanla enerji, ticarət və diplomatik sahədə münasibətləri müzakirə edəcəklərini bildirdi. Nümayəndə heyəti yalnız dörd nəfərdən ibarət idi”.
 
Malta mətbuatında bu səfərin olduqca gizli saxlandığını bildirən qəzet məlumatların əsasən Azərbaycan mətbuatında yer aldığını deyir: “Bazar ertəsi verilən 127 sözdən ibarət  bəyanatda əsas hadisənin enerji sahəsində strateji əməkdaşlıq haqqında cənab Mizzi və onun azərbaycanlı həmkarı Natiq Əliyev arasında Anlaşma Memorandumunun imzalanması olduğu deyildi. Razılaşmaya görə, SOCAR Malta sularında neft-qaz sahəsində kəşfiyyat işləri aparacaq. Bu günə qədər axtarışlar uğursuz olsa da, bəzi alimlər Maltada neftin olduğunu iddia edir”.
 
ARDNŞ-nin neft və qaz kəşfiyyat işlərini əsasən Azərbaycanda apardığını bildirən nüfuzlu dərgi şirkətin 2011-ci ildə İsrail sahillərində "Med Aşdod” yatağında beş faiz paya sahib olduğunu bildirib: “Cənab Muskaltın SOCAR ilə əlavə investisiya sazişi gözlənilən idi. Baş nazir detalları açıqlamasa da, bura ofşor zonalar aid edilə bilər”.
 
Daha sonra Bakının artan strateji əhəmiyyətinə toxunan qəzet Azərbaycanı Avropa üçün Rusiya qazına alternativ ölkə adlandırıb: “Azərbaycan dünyanın ən qədim neft sənayesinin olduğu ölkədir. Ölkə əhəmiyyətli neft istehsalçısı olaraq qalır, lakin onun qaz sənayesi son dövrlərdə inkişaf edib. Azərbaycan getdikcə qaz tədarükçüsü kimi Rusiyaya alternativ hesab olunur. Bu ölkənin strateji əhəmiyyəti yalnız son illərdə artıb. Vəziyyəti mürəkkəbləşdirən əsas amil Azərbaycan qazının Avropaya nəqli üçün qaz kəmərlərinin olmamasıdır. Beləliklə, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi cənubi İtaliyaya, daha sonra Trans-Anadolu Boru Kəməri (TANAP) isə Türkiyə-Yunanıstan sərhədinə Azərbaycan qazının çatdırılmasını reallaşdıra bilər”. (axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar