Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnqilab Ermənistandan Dağlıq Qarabağa sıçrayır - Rusiya yenə gözləmə mövqeyində olacaq?


Politoloq: “Paşinyanın hakimiyyətə gəlməsi Qarabağ kartının üzərindən baş verdi”


Bako Saakyan və onun komandası Dağlıq Qarabağda status-kvonu saxlamaqda daha maraqlıdırlar. Bu məsələ dəyişmədiyinə görə proseslər rejimin dəyişdirilməsinə gətirib çıxarda bilər”.

Bu sözləri politoloq Arzu Nağıyev Dağlıq Qarabağda inqilabi qığılcımların başlaması prosesini PİA.AZ-a şərh edərkən qeyd edib.

Ermənistandakı çevrilişdən sonra işğal altındakı Dağlıq Qarabağda da inqilabi qığılcımlar başlayıb. İşğal altındakı Dağlıq Qarabağda, Xankəndində ötən gün yerli xüsusi xidmət orqanlarının xüsusi təyinatlıları tərəfindən iki nəfərin xüsusi qəddarlıqla döyülməsi kütləvi aksiyalara səbəb olub. Xüsusi təyinatlılar qrupu iki nəfər arasında davaya qarışıb və onları bərk döyüb. Döyülənlər xəstəxanaya yerləşdirilib. Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq "milli təhlükəsizlik xidmətinin" xüsusi təyinatlılarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər.

Toplaşanlar yolu bağlayıblar və saatlarla nəqliyyatın hərəkətini dayandırıblar. Bildirilir ki, "milli təhlükəsizlik xidməti"nin xüsusi təyinatlıları özbaşınalıqla, reketlə məşğuldur, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərir. Vəziyyətin getdikcə gərginləşdiyini görərək etirazçıların qarşısına qondarma rejimin yüksək vəzifəli nümayəndələri çıxıblar. Onlar etirazçıları əmin etməyə çalışıblar ki, qondarma rejimin rəhbəri Bako Saakyan günahkarları cəzalandıracaq. Lakin toplaşanlar dağılışmayıblar və yolu açmayıblar. Nəhayət bir neçə saat sonra etirazçıların 9 nəfərdən ibarət nümayəndələrini Saakyan qəbul edib. Onlara hadisənin araşdırılacağı və günahkarların cəzalandırılacağı sözü verilib. Etrazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərinin bildiriblər.

Bəzi iddilara görə Paşinyan isə tərəfdarları Dağlıq Qarabağdakı rejimi devirməyə çalışır. Qondarma qurumun rəhbəri Bako Saakyan Serj Sarkisyanın aqibətini yaşaya bilər və inqilabın Ermənistandan Dağlıq Qarabağa sıçraması Rusiyada hansı reaksiyalar doğurar? Həmçinin əgər Dağlıq Qarabağda da çevriliş olarsa, bunun Azərbayacan üçün hansısa müsbət, ya da mənfi tərəfləri ola bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyevin fikirlərin öyrənib. 



Arzu Nağıyev: “Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olsa da, bu Rusiya ilə birbaşa razılaşdırılmış məsələ olacaq”.


Paşinyanla Bako Saakyan arasında problemlərin olmaması üçün Paşinyanın Dağlıq Qarabağ rəhbərliyini dəyişməyə çalışacağın vurğulayan politoloq Arzu Nagıyev PİA.AZ-a açıqlamasında əlavə edib ki, əgər qondarma qurum özünü separatçı bir dövlət adlandırırsa, rəhbər dəyişməyi də ancaq içəridən ola bilər:

“Bunun hamısı gözlənilən məsələ idi. Ümumiyyətlə Paşinyanın hakimiyyətə gəlməsi Qarabağ kartının üzərindən gəldi. Yəni Qarabağ kartı oynanılanda əsas məqam ondan ibarət idi ki, Serj Sərkisyan və onun komandası oyundan çıxarılsın. Bu gün Sərkisyanın komandası Ermənistan parlamentində səs çoxluğu ilə təmsil olunmalarına baxmayaraq, onlar iqtidar deyil müxalifət partiyası kimi fəaliyyət göstərməyə məcburdurlar. 

Yəqin ki, Ermənistan parlamentində seçkilər olacaq. Bu seçkilərdə də əsas məsələ yenə də, Dağlıq Qarabağ məsələsi ilə bağlı olacaq. Xatırladım ki, Paşinyan ilk dəfə 7 rayonun qaytarılması haqqında müəyyən anonslarla çıxış etmişdi. Bu çıxışa görə Paşinyana satqın damğası vurub uzaqlaşdırma istədilər. Lakin Paşinyan müəyyən jest etdi. İlkin olaraq Dağlıq Qarabağa səfər etdi və öz oğlunu Dağlıq Qarabağa döyüşmək üçün göndərdi. Həmçinin Paşinyan Dağlıq Qarabağ separatçılarını üçüncü tərəf kimi danışıqlara cəlb etməyə çalışdı. 

Məlum məsələdir ki, Bako Saakyan Serj Sarkisyanın təyin etdiyi separatçıdır və Dağlıq Qarabağda özünün dəsti-xətti ilə seçilən qondarma rəhbərlərdən biridir. Buna görə düşünürəm ki, Paşinyanla Bako Saakyan arasında problemlərin olmaması üçün Paşinyan çalışacaq ki, onu dəyişsin. Əgər qondarma qurum özünü separatçı bir dövlət adlandırırsa, rəhbər dəyişməyi də ancaq içəridən ola bilər. Yəni İrəvan təbii ki, Dağlıq Qarabağdakı müəyyən proseslərə rəvac verə bilər. Eyni zamanda müəyyən prosesləri keçirdə bilər. Lakin qondarma prezidentin dəyişdirilməsi məsələsi separatçı qurumun içindən baş verməlidir. Ya referendum, ya seçkilər keçirmək, ya separatçı rəhbər özü istefa verməsi yolu ilə olmalıdır. 

Arzu Nağıyev: “Dağlıq Qarabağda rəhbərliyin kimin olmasından asılı olmayaraq, Qarabağ Azərbaycanın tərkib hissəsidir”.


Qeyd edim ki, Dağlıq Qarabağda bu problemlər baş qaldırır. Məlum məsələdir ki, Dağlıq Qarabağda hər hansı irəliləyişlərin olmaması sakinləri də narahat edir. Hmaıya məlumdur ki, Ermənistanda baş verən kasıbçılıq birbaşa Dağlıq Qarabağ məsələsinin həll edilməməsi ilə bağlıdır. Bako Saakyan və onun komandası da Dağlıq Qarabağda status-kvonu saxlamaqda daha maraqlıdırlar. Bu məsələ dəyişmədiyinə görə proseslər rejimin dəyişdirilməsinə gətirib çıxarda bilər. 

Yəqin ki, Rusiya Dağlıq Qarabağda baş verən prosesləri çox diqqətlə izləyəcək. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində açar fiqurdur. Eyni zamanda regional aktorların ən vacibidir. Buna görə separatçı rejimin rəhbəri ilə görüşlərin, həmçinin Abxaziya və Cənubi Osetiya rəhbərləri ilə də görüşün keçirilməsi buna bir sübut idi. Rusiya prosesləri izləyəcək ki, Dağlıq Qarabağ məsələsi böyük müharibəyə çevirlməsin. Çünki Qarabağda müharibənin olmağı bu gün Rusiya üçün xeyri olmayan məsələdir. Eyni zamanda İran da Qarabağda müharibənin olmasında maraqlı deyil. Hətta Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olsa da, bu Rusiya ilə birbaşa razılaşdırılmış məsələ olacaq. 

Azərbaycanın bir nörməli mövqeyi var. Dağlıq Qarabağda rəhbərliyin kimin olmasından asılı olmayaraq, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Suverenlik çərçivəsində Azərbaycan istənilən qurumla danışıqlara getməyə hazırdır”.

Nərminə UMUDLU
pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar