Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan bədənində nə qədər bakteriya var?


İnsan bədənində orta hesabla 2 kiloqram bakteriya var. ANS PRESS-in məlumatına görə, “Nature” elmi jurnalında ABŞ-ın "İnsan mikrobiomu" hökümət layihəsi (Human Microbiome Project (HMP)) tərəfindən əldə edilmiş maraqlı məlumatı dərc olunub


Alimlər müəyyən ediblər ki, 90 kiloqram çəkisi olan sağlam insanın bədənində yaşayan bütün bakteriyaların ümumi çəkisi 1 – 2,7 kiloqram təşkil edir. Ümumiyyətlə insan bədənində 10 000 növ mikrob (bakteriya, göbələk və s.) var. 

ABŞ-ın Milli İnsan Genomu Araşdırma İnstitunun (National Human Genome Research Institute (NHGRI)) direktoru Erik Qrin: “Alimlər hesab edirlər ki, insanın təkcə bir hüceyrəsində 10-a qədər bakteriya hüceyrəsi var, amma onlar o qədər kiçikdir ki, bir yerə yığılsalar belə insan bədəninin ümumi çəkisinin cəmi 1-3 faizini təşkil edirlər. Bu o deməkdir ki, 90 kiloqram çəkisi olan insan 2,7 kiloqram bakteriyanın yaşadığı binadır”. 

Məlumdur ki, insanda təxminən 22 000 gen mövcuddur. Layihənin hesablamalarına görə bədənimiz mikrobların sayəsində daha 8 milyon gen daşıyır.

Həmin layihənin iştirakçısı olan Massaçusets Texnologiya institutundan doktor Bryus Birren bildirib ki, bəzi bakteriyalar yerləşdiyi sahiblərində - insanlarda mühüm funksiyaları var. Bəzilərinin genləri insan orqanizminin sağlamlığında və inkişafında əvəzedilməz rolu olan və bir çox işləri yerinə yetirən maddələr istehsal edirlər. Məsələn, həzm sistemindəki bakteriyalar zülal və yağların mənimsənilməsinə cavabdehdilər. Onlar həm də əlavə bəzi xüsusi xeyirli birləşmələr də istehsal edirlər – məsələn alovlanmanın qarşısını alan kimyəvi maddələr. 

Maraqlıdır ki, orqanizmimizin fərqli yerlərində müxtəlif növ bakteriyalar məskən salıbr. Müxtəliflik ən çox dərimizin üzərində müşahidə olunur. Xüsusi qeyd edək ki, hər bir insanın mikroflorası unikaldır, özünəməxsus mikroflorası vardır.

Məlumatlar Nature jurnalında dərc olunmuş ABŞ-ın "İnsan mikrobiomu" hökümət layihəsinin hesabatından götürülüb. Bu bakteriyaların bizim həyatımızda və sağlamlığımızda mühüm rolu var. Mürəkkəb quruluşlu bu mikroorqanizmlərin təsadüfən yaranması, orqanizmmizdə məskən salması, faydalı xüsusiyyətlərə malik olması və həyatımızda mühüm rol oynaması təsadüflərlə izah oluna bilməz. Allah heç bir şeyi boşuna yaratmayıb, hər bir şeyin konkret məqsədi vardır!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar