Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan beyini daha ətraflı öyrəniləcək


Vaşinqton Universiteti nəzdindəki Tibb Məktəbinin tədqiqatçıları insan beyninin ən ətraflı xəritəsini tərtib ediblər


PİA.AZ atv.az-a istinadən bildirir ki, tədqiqat nəticəsində müxtəlif funksiyaların yerinə yetirilməsinə cavabdeh olan 100 zona müəyyən edilib. Həkimlərin bu vaxta qədər həmin sahələr barədə məlumatı olmayıb.

Alimlər "Human Connectome Project" proqramı çərçivəsində xüsusi alqoritm tətbiq etməklə, 210 könüllünün beynini skanerdən keçiriblər. Tədqiqat zamanı müxtəlif zonalarda beyin qabığının qalınlığının dəyişməsi, sinir hüceyrələrinin yerləşmə sıxlığı və ayrı-ayrı sahələrin aktivliyi nəzərə alınıb.

Alimlərin kəşfi insanın sinir sistemində gedən proseslərin anlaşılması baxımından son dərəcə əhəmiyyətlidir. Baş beyin xəstəliklərinin çoxunun səbəbləri haqqında sualların cavabı hələ də yoxdur. Müasir təbabət şizofreniya, autizm, epilepsiya və demensiyanı, demək olar ki, müalicə edə bilmir, bu xəstəliklərin yalnız bəzi əlamətlərini yüngülləşdirir.

Hazırda tədqiqatçılar yeni zonaları tapmağı və onların funksiyalarını müəyyən etməyi planlaşdırırlar. Bu məlumatlar xəstəliklər müəyyən edilən zaman insan beyninə daha dəqiq təsir göstərməkdə neyrocərrahlara və tibb sahəsinin digər mütəxəssislərinə kömək edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar