Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsan haqları adı altında Azərbaycanın daxili işlərinə müdaxilə edilir


Milli Məclisin İnsan Hüquqları Komissiyasının sədri Rəbiyyət Aslanova: "Siyasi məhbus ifadəsi spekuliyasiya oluna bilən məhfumdur"


Həbsdə olan və Avropa Şurası tərəfindən siyasi dustaq olaraq tanınmaları tələb olunan insanların gələcək taleyi ilə bağlı suala isə millət vəkili bildirdi ki, bu məsələlər müraciətlər prezidentə nəticəsində həllini tapa bilər

Oktyabrın 22-də  insan haqları üzrə  qrupun  fəaliyyəti  ilə bağlı toplantı keçirilib. Artıq İnsan Haqları üzrə İşçi Qrup 6 ildən sonra fəaliyyətini bərpa etdi. 

Qeyd edək ki, 2005-2008-ci illərdə İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub. Toplantıda Səməd SeyidovPrezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov İşçi Qrupun həmsədri seçilib.Qeyd edək ki,  quruma Avropa Şurasının nümayəndəsi də daxil olacaq.  Məsələ ilə bağlı  PİA.AZ-ın əməkdaşı Milli Məclisin Insan Hüququları Komissiyasının sədri Rəbiyyət Aslanovaya müraciət edib.  

Milli Məclisin İnsan Hüququları Komissiyasının sədri Rəbiyyət Aslanovanın fikrincə Azərbaycan hökuməti İnsan Hüquqlarının qorunması sahəsində çox açıq və şəffaf siyasət yürüdür:

  - Yadınızdadırsa 2005-ci ildə belə bir işçi qrupu yaranmışdı və 3 il fəaliyyət göstərdi.  Bu işçi qrupunun fəaliyyəti nəticəsində böyük işlər görüldü. Hər bir tərəf  - vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri və hökumət insan hüquqlarının qorunması sahəsində öz mövqelərini konkret olaraq ortaya qoydu və problemlərin həllində operativ  qərarlar qəbul edildi. Azərbaycan Avropa Şurasının daimi üzvüdür və İnsan hüquqlarının qorunması sahəsində bir çox mühüm işlər görülür. Son illərdə qəbul olunmuş 3 milli fəaliyyət planını nəzərə almaq lazımdır. Azərbaycan dəfələrlə bunu AŞ-da sübüt edib. Amma söhbət ondan gedir ki, bir müddət sonra bir sıra xarici qüvvələr tərəfindən müdaxilələr başladı. Məsələn məzurəçi kimi təyin olunmuş Kristofer Ştrasser kimi.  Ştrasserin siyasi məhbuslarla bağlı geniş siyahı hazırlaması və ölkəmizdə insan haqları sahəsində əldə olunan uğurları görməməsi və bunu Avropa Şurasına təqdimatı obyektivlikdən çox uzaqdır. Dəfələrlə Azərbaycan nümayəndə heyyəti Avropa Şurasında onun bu fəaliyyəti  ilə bağlı mövqeyini ortaya qoyub. Ştrasserə isə öz səlahiyyətləri çərçivəsində işləməsini xatırlatmışdı. Məsələ burasındadır ki, heç bir beynəlxalq təşkilatda siyasi məhbus məhfumu ilə əlaqədar olaraq müzakirələr keçirilməyib. Beynəlxalq Təşkilatlar  həm hüquqi həm siyasi müstəvidə bu məsələni gündəmə gətirməkdən çəkinir. Çünki beynəlxalq hüquq normalarında bu ifadə yoxdur. Üstəlik siyasi məhbus ifadəsi spekulyasiya oluna bilən bir məhfumdur. Ən qatı cinayətkarı belə bu ad altında cəzadan xilas etmək olur. Bu baxımdan hec bir beynxalq təşkilatda bu məsələ ilə bağlı müzakirə aparılmır. Demək belə bir kriteriya yoxdur. Onda nəyə görə xaricdən gələn məruzəçilər bu ad altında görülən işlərə kölgə salır və cinayət törədən insanları belə adlandırırılar?  

Ona görə də o vaxt 2008-ci illdə İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyəti dayandırıldı. Amma dünən qrupun işinin yenidən bərpa etməsi onu göstərir ki, Azərbaycan hökuməti İnsan Hüquqlarının qorunması sahəsində çox açıq və şəffaf siyasət yürüdür. Istər ölkə daxilində istər xaricdə deyiləsi , göstəriləsi büyük fəaliiyəti vardır. Biz konkret olaraq təklif vermək, yanı ədalətli olduğumuzu isbat etmək iqtidarındayıq. 

- Biz buna siyasi açılım deyə bilərikmi? 

- Bəli, Azərbaycan hökuməti özü bunda maraqlıdır. Amma bir şərtlə, xaricdən heş bir müdaxilə olmayacaq. Çünki Azərbaycan kifayət qədər güclü dövlətdir və öz prinsiplərinə sədaqətlidir. Atdığı heç bir addım xaricdən göstərilən təzyiqin nəticəsi deyil. Bunu hər kəs bilməlidir. Atılan bütün imzalar  onu göstərir ki biz dialoqa hər zaman hazırıq. Istər vətəndaş cəmiyyətinin üzvləri olsun istərsə hüququ müdafiəçiləri ilə ümumiyyətlə az- çox qəlbində şübhəsi olan hər kəslə dialoqa hazırıq. 

Mən hesab edirəm ki, Azərbaycanın atdığı addımlar  demokratiya və insan  hüquqularına  hörmətlə və sadiqlik prinsipləri əsasında atılır. Ona görə də bu addım heş bir qərb ölkəsinin qərəzinə və ya şübhəsinə tuş gələ bilməz. 

Həbsdə olan və Avropa Şurası tərəfindən siyasi dustaq olaraq tanınmaları tələb olunan insanların gələcək taleyi ilə bağlı suala isə millət vəkili bildirdi ki, bu məsələlər prezidentə müraciətlər nəticəsində həllini tapa bilər. 

- Bir neşə gün öncə azadlığa buraxılması ölkə prezidentinin ən humanist addımlarından biridir. Allah insanları yanlış addımlardan qorusun. O gənclər yenidən cəmiyyətə inteqrasiya olunacaqlar. Və bu sevindirici haldır. Dövlət başçısı heç vaxt şərə qarşı şər deyil və hər zaman humanizm nümayış etdirir. Hər şey azərbaycan üçündür hər şey azərbaycan insanı üçündür  və belə bir prinsiplə yaşayan dövlətə qarşı çıxmaq ən böyül ədalətsizlik və sədaqətsilikdir. 

Yanlış addım atan insanların müraciəti nəticəsində gələcəkdə yeni həyata atılacağını gözləmək olar. Həbsdə olan gənclər də bizim gəncimizdir. Onların səhv addım atdığını anlamaları cəmiyyət üçün qazancdır. 

Ülviyyə Bəylər
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar