Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar niyə və nədən qorxurlar?


Psixoloq Reyn Vall qorxu emosiyasını belə qeyd edirdi: qorxu daxilin, mənin özünə məxsus müdafiə mexanizmidir


Bunu orqanizmin bioloji səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar. Belə ki, qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artır ki, bu da orqanizmdə hormonal partlayışa səbəb olur.

Psixoloqlar qeyd edirlər ki, qorxunun yaranma səbəbləri müxtəlif ola bilər, lakin bəzən qorxunu yaradan konkret səbəbi qeyd etmək çətindir. Psixoloq Qrey qorxunu yaradan səbəbləri 4 kateqoriyaya ayirmişdir: yeniliklərdən qorxma, intensivlikdən qorxma, təkamül prosesində formalaşmış təhlükə siqnallari və sosial təsir zamanı yaranan qorxu. Psixoloq Boulbi isə qorxunun anadan gəlmə determinantlarını qeyd edirdi ki,bunları da təbii stimul və onlardan törəmə kimi ayırmşdır. Təbii stimullara tənhalıq, yadlıq, qəfildən yaxınlaşma, gözlənilmədən dəyişmə, hündürlük və agrı aiddir. Tədqiqatlar nəticəsində qorxu emosiyasını yaradan səbəblərin müxtəlif olması 100-dən çox qorxu növünün ayırd edilməsinə səbəb olmuşdur. Lakin qorxunun aradan qaldırılması üçün müxtəlif psixoloji təsir üsullarından istifadə etməklə qorxunun davamlı xarakter daşımasının qarşısını almaq olar.

Psixologiyada qorxu emosiyasından danışarkən qorxu emosıyasının diferensasiyasına da böyük əhəmiyyət verirlər. Qorxu emosiyasının dəqiq göstəricisi kimi mimik vasitələr çıxış edir. Qorxu hissi keçirən insanda adətən qaşlar qalxır, burunun üst hissəsinə yaxınlaşmış şəkil alır, alın mərkəzində üfüqi qırışlar əmələ gəlir, get- gedə dərinləşir, gözlər geniş açılmış, göz qapagı azca qalxmış olur. Bundan əlavə agız yarı açiq, agızın küncləri isə dartılmış vəziyyətdə olur. Beləliklə də insanın mimikasına baxmaqla qorxu hissini yaşamasını aydın görmək olur.
 
Qorxu emosiyası psixologiyada son dərəcə mürəkkəb, çoxcəhətli bir fenomendir. Qorxu müasir cəmiyyətimizin bir çox sahələrinə nüfuz edərək reallıga çevrilmişdir. O, varlığımızın fundamental emosiyasıdır və asılılığımızın təcəssümü kimi çıxış edir. Psixoloqlar qeyd edirlər ki, qorxu insan həyatının ayrılmaz hissəsidir və tədqiqatlar göstərirki qorxu emosiyası insanların dəhşətli hesab etdiyi emosiyadir. Belə ki, 1971-ci ildə məşhur psixoloq Kerrol Izard müxtəlif ölkələrin nümayəndələri arasında bir çox tədqiqatlar aparmışdır. Tədqiqat zamanı insanalara ən təhlükəli hesab etdikləri emosiyanın qeyd olunması istənilmişdir və nəticədə insanlar ən çox qorxu emosiyasını xüsusile qeyd etmişlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar