Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanları nədə qınayaq?


Budur, artıq seçki prosesi də başlayıb. Sərəncamın mürəkkəbi qurumamış hakim partiya müxalifəti seçki siyahılarını gizli saxlamaqda, onları ictimaiyyətdən gizlətməkdə qınadı. Nə demək olar?


Güman edirik ki, bu da hakimiyyətin “piar-texnologiya”sının bir elementidir - bilirlər ki, müxalifət bu ittihamları cavabsız qoymayacaq və nəticədə elə mənzərə yaranacaq ki, guya seçki dövrü ciddi siyasi debatlarla keçib...

Əslinə qalsa isə burada heç bir problem yoxdur. Seçki dövrü ciddi reqlamentləşdirilib və hər şey öz vaxtında bəyan da ediləcək, cəmiyyət üçün də açıqlanacaq.

Lap düzünə qaldıqda isə, bu məsələ bir qədər texniki məsələdir - seçki siyahıları partiya strukturlarında müzakirədən və təsdiqdən sonra açıqlanır və bir daha deyirik ki, bu mənada bu problem yoxdur...

Tələsənlər üçün isə qeyd edək ki, deyəsən bu dəfə partiyalar birgə siyahılar tərtib etməyəcəklər, deməli, məsələ bir az da sürətlənəcək...

Bütün digər seçkilərdə olduğu kimi, bu seçkidə də problem başqadır. Özünü və tərəfdaşlarını inandırmalısan ki, seçkiyə qoşulmağa dəyər. Bax, bu ölkədəki bütün seçkilərin bir nömrəli problemidir. Amma görünür ki, elə bunu da problemə çevirmək lazım gəlməyəcək, partiyalar da, müstəqil namizədlər də bu maneəni çoxdan dəf ediblər - kimi başqa bir işi olmadığından, kimi hakimiyyətdən mükafat umduğundan, kimi də sadəcə, seçkidə iştirakdan belə yararlanmağı öyrəndiyindən bu “oyun”a qoşulacaq...

Qalır digər problemlər. Onlar da əvvəl necə olubsa indi də elə yoluna qoyulacaq. Düşünmək lazım deyil ki, bu il əvvəlki illərdən fərqli nəsə baş verə biləcək, yox, hər şey adət etdiyimiz kimi olacaq. Ən azı ona görə ki, bu seçkinin əvvəlkilərdən fərqlənməsi üçün nə biz, nə də hakimiyyət heç nə etməmişik, seçki konfiqurasiyası necə var elə də qalıb - həmin hakimiyyətdir və həmin müxalifətdir...

Elə seçicilər də həmin seçicilərdir. MSK-nın açıqlamalarına görə ölkədə beş milyondan artıq seçici var. Deməli, bu beş milyon nəfər öz səslərinin fərqində deyil. Demirik ki, onlar aciz və qorxaqdır. Yox, belə deyil. Əyalətlərdəki proseslər göstərir ki, bizim insanlar lazım gələndə etiraz da edə bilirlər. Amma hər şey yenə də “NOOOLSUN?” sualına dirənir. Deyirlər ki, bəli, etiraz olur, amma gəl, nooolsun?..

Düşünürük ki, bu, da səbəbsiz deyil. Hakimiyyət hər etirazdan sonra yerli hakimiyyət strukturkarını cəzalandırır. Bu, doğrudur. Amma etiraz edənləri iki qat artıq cəzalandırır ki, bir də onlar etiraz etməyə cəsarət etməsinlər...

Ona görə də təkrar etirazlar üçün nə fiziki, nə də mənəvi güc qalır. Bəli, burada etiraz edib deyərlər ki, bu da bəhanədir. Görən, dünyanın hansı yerində birinci dəfədən hər şey alınır?..
Düzdür, cəmi bir il bundan əvvəl növbəti “rəngli inqilab” yaşayan ölkədə yenə də etirazlar baş qalıdırıb, insanlar etiraz edir, sözünü deyir...

Amma bizdə... Bəli, bizdə isə siyasi səhralıqdır. Hamı, xüsusən də paytaxt Bakıda yaşayanlar siyasi cəhətdən çox passivdirlər. Bəlkə də onlar da haqlıdır və bəlkə də onların da bəraəti var...

Bütün dünyada insanları ona görə qınayırlar ki, onlar seçkilərlə az maraqlanır və seçkilərə getmirlər. Bir sözlə, seçici fəallığı aşağı olur. Bizim insanlar deyə bilər ki, nə olsun, biz ki, seçkiyə gedirik!..

Bəli, onlar haqlıdır, insanlarımızın əksəriyyəti dəfələrlə aldadılmalarına baxmayaraq yenə də seçkiyə gedirlər. Bizdə seçici fəallığı elə də aşağı deyil və bu sarıdan millətdən gileylənməyə haqqımız yoxdur...

Hər dəfə söz verirəm ki, mərsiyyəçilik etməyəcəm, gileylənməyəcəm. Amma burada Türkiyədən misal çəkmək istəyirdim. Fəqət, fikrimi dəyişdim...

Bəlkə də bizim hakimiyyət adamları türk siyasətçilərini də avam və aciz hesab edirlər və düşünürlər ki, bir hökumət nədir ki, onu da qurub başa çıxa bilmirlər?! Gəl, məsələ də elə ondadır ki, bir hökumət, bir parlament və hətta  bir məhkəmə çox böyük bir işdir... 
Bəlkə biz elə “Bir hökumət nədir? Bir parlament nədir ki?” dediyimizdən bu günə qalmışıq? Belə deyəndə də qayıdırlar ki, axı nə olub bizə?

Məsələ də elə bundadır. Hamı öz qüsurlarını, çatımazlıqlarını və eyiblərini özü görə bilsəydi onda nə vardı ki?

Hələlik yalnız bir tərəf digərinin “qüsur”unu görür - bu hakimiyyətin bizimlə bağlı qənaəti budur ki, bunlar seçki-filan, demokratiya bilməz... Ona görə də hər şeyi bizim əvəzimizə edirlər. Neyləmək olar? Görünür ki, belə məsləhətdi!(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar