Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternet medianın çox ciddi problemləri…– Redaktorların mövqeyi


Müasir Azərbaycan mətbuatının yeni, ancaq sürətlə inkişaf edən bir qolu var: İnternet media. Çap mətbuatı ilə müqayisədə sürətlə genişlənən bu sahənin də özünəməxsus problemləri var


YENICAG. AZ saytınının əməkdəşı  hazırda internet mediasında fəaliyyət göstərən aparıcı saytların rəhbərlərinin bu sahədə ən ciddi problem olaraq nələri gördüklərini öyrənməyə çalışıb.

Qabil Abbasoğlu, “Lent.az” saytının baş redaktoru:

qabil_abbasoglu



Azərbaycanda internet mediası özünün ciddi təşəkkül mərhələsindədir, ona görə də keçilmiş mərhələlərlə yanaşı, həll olunmamış da xeyli problemlər var. Zənnimcə, bunlarda ən ciddisi  internet media ilə bağlı qanunvericilik bazasının tamamlanmamasıdır. hazırda internet mediasının fəaliyyətinin kommersiya, yaradıcılıq təşkilatı, yoxsa KİV olduğu təsbitlənməyib. Fikrimcə, bu məsələ həllini tapsa, internet mediası sahəsindəki pərakəndəlik və hüquqi boşluqlardan sui-istifadə halları da azalar. Digər problemlər isə internet mediası üçün uyğun kadrların hazırlığının ardıcıl şəkildə aparılmaması, internetlə təminat, tariflər, reklam təminatı və s.-dir. hesab edirəm ki, bu problemlər zamanla həll olunacaq, amma bu zamanı qısaltmaq üçün ciddi təşəbbüslərə ehtiyac var”.


Xalid Kazımlı, “Musavat.com” saytının redaktoru:

xalid_kazimli


“Ən ciddi problem yarış bəhsəbəsinə qoşulmaqdır. Bu, 100 metrə qaçmaq təcrübəsi olan, bundan artığına gücü, nəfəsi çatmayan sprinterin marafon yarışına qatılmasına bənzəyir. O, yarıyolda qalacaq, mənzil başına çatmayacaq. Azərbaycanın internet mediasına aid olan resursların çoxu da bu durumdadır. Başları yarışmağa qarışıb, intellektual səviyyə unudulub, Peşə etikasına fikir verən azdır. Hamı hansısa xəbəri digərindən daha tez sayta yerləşdirməyə çalışır, sonra ya növbəylə təkzib verirlər, ya da daha pisi, təkzib də vermir. yalan xəbəri tirajlamaqda davam edirlər”.

Niyaz Niftiyev, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru:

niyaz_niftiyev


“Təəssüf ki, internet medianın problemlərini saymaqla bitməz. Əvvəla, ciddi nəzarət mexanizmi yox səviyyəsindədir. Bu da əlavə problemlər yaradır. Reket qəzet çıxaran bəzi əliqələm tutanlar artıq yeni mediada da öz “məharətləri”ni göstərirlər. Bəzi saytlar dəqiqləşdirilməmiş informasiyalarla yanaşı, istinadsız xəbər yığınağı rolunu oynayırlar. Bu da yaxşı heç nə vəd eləmir. Saytların adlarında və dizaynlarında oxşarlıqlar baş alıb gedir. Bir sözlə problemləri saymaqla bitməz”.

Cavid Cabbaroğlu, APA İnformasiya Agentliyinin baş direktorunun I müavini:

cavid_ismayil



“Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda qəzetlərin sayı kəskin şəkildə artmağa başladı. 70 il söz azadlığından məhrum edilmiş bir cəmiyyət üçün bu, əslində təbii proses idi. Lakin rasional düşüncənin yoxluğu və məsələlərə sağlam yanaşmanın olmaması nəticəsində bu proses Azərbaycan çap mətbuatının iflası ilə nəticələndi. Etiraf edək ki, bu gün Azərbaycanda qəzetlər, jurnallar çox ağır dövrlərini yaşayırlar. Bunun başlıca səbəblərindən biri də internet medianın sürətlə inkişaf etməsidir. Təəssüf ki, bu proses də ötən əsrin 90-cı illərində qəzetlərin sayının yağışdan sonrakı göbələklər kimi artmasını xatırladır. Ürəkağrıdan məsələlərdən biri də reket jurnalistikasının sürətlə internetə transformasiyasıdır. Ayda və ya üç ayda bir dəfə çıxan qəzetdə insanları şantaj etməkdənsə, onlayn mediada hər gün şantaj etmək onların işinə daha çox yarayır. Bu mənada həyəcan təbilini indidən çalmaq lazımdır ki, internet medianın taleyi çap mətbuatının taleyinə oxşamasın”.


Elçin Zahiroğlu, Aznews.az saytının baş redaktoru:

elcin_zahiroglu

“Ən ciddi problem təhlükəsizliklə bağlı məsələdir. Saytların əksəriyyəti xarici serverlərdə oturub. Ölkədə serverlər baha, sürətsiz, həm də pis xidmət göstərirlər. Bundan əlavə əksər saytların texniki, İT xidməti yoxdur. Əslndə hər bir saytın İT şobəsi olmalıdır. Və bu söbə daim sayta nəzarət etməlidir. Bizdə bu xidmət yalnız bir necə saytda var. Qalanları Allah ümidinədir.
Bundan əlavə kadr problemləri var. Bizdə redaktorluq institutu peşəkar jurnalistlər , çap mediasında formalaşıblar. Belə adamların interaktiv mediada işləməsi problemdir. Ona görə də saytlarda daha çox qeyri-peşəkarlar işləyir”.

Amil Hacıyev, “Publika.az” saytının baş redaktoru:



“Problemləri çoxdur. Birincisi say çoxluğu və qeyri ciddi saytların sayının çox olması və reket jurnalistlərin bu mediyaya asanlıqla ayaq açmasıdır. Bu qısa xülasədir. Amma problemlərindən saatlarla danışmaq olar. İstinad mədəniyyət bizdə yoxdur. Xəbəri qoyursan, başqası münasibət öyrənib öz xəbəri kimi verir. Amma ilk mənbəyə istinad eləmir. Sanki bir xaos var internet mediada. Bu özünü cəbhədə baş verən hadisələrdə də göstərdi. Amma zaman lazımdı. Ələnib ancaq oxucusu olan normal saytlar qalacaq.


Azər Qaramanlı, Pia.az saytının baş redaktoru:

azer_qaramanli

Azərbaycan internet mediasının ən böyük problemi bu sahəyə təsadüfi adamların, qələmə, yaradıcılığa aidiyyatı olmayan adamların axın etməsidr. Bu da belə bir təəssurat yaradır ki, Azərbaycan internet mediası təsadüfi adamlardan ibarətdir. İkinci məsələ populizmə və reytinqə meylin həddindən artıq yüksək olmasıdır. Bu gün Azərbaycanın saytları arasında ən böyük bəla İP almaqdır. Saxta İP-lərdən imtina olunarsa, yaranan mənzərə bir çoxları üçün dəhşətli olar. Başqa bir məsələ isə azad reklam bazarının olmamasıdır. Bu isə jurnalistikanın inkişafına ciddi problemlər yaradır”.

Şəmşad Ağa, “Arqument.az” saytının baş redaktoru:

şemşad_ağa

“Problemlər çoxdur. Konkretləşdirmək çətindir. Əgər sualı belə qoysaydınız ki, internet mediada hansı ciddi problemlər var, bir neçəsini belə təsnifləndirmək olardı;Bu gün internet media üç yerə bölünüb: böyük maliyyə resursları olan saytlar, az miqdarda maliyyə ilə öz mövcudluğunu qorumağa çalışan və ağır şərtlər altında rəqabətə can atan media orqanları və digər bir hissə isə “reket”çiliklə məşğul olanlar. Böyük maliyyə resurslar hesabına bazara girən media orqanları ilə rəqabət çətindir. Çünki həm də böyük sayda işçi kontingenti var bunların. Digər tərəfdən geniş oxucu auditoriyasını cəlb etmək üçün, təbliğ olunmaq üçün maliyyə resurslarından istifadə edirlər. Media üçün başlıca problemlərdən biri də reklam bazarının qapalı olmasıdır. Artıq hər bir media orqanının arxasında bir məmur, oliqarx dayanır. Və şirkətlər də başqalarının adında olmasına baxmayaraq, bu və ya digər şəkildə onlara məxsusdur. Demək, belə bir şəraitdə azad rəqabətdən və reklam bazarından danışmağa, ümid gözləməyə dəyməz. Əsas problemlərdən biri qeyri-peşəkarlıqla bağlıdır. Kim bacarırsa da, sayt açır, bacarmırsa da. Təhlükəsizlik məsələsi də ciddi problemlərdəndir. Məhz buna görə də öz hesabına, yəni az miqdarda maliyyə ilə sayt saxlayan və illərlə ağır şərtlər altında çalışan peşəkarlar çətinliklərlə üz-üzə qalır çox zaman”.

Anar Əhmədov, “Axar.az” saytı:

anar_əhmədov

Azərbaycan internet mediasının problemləri çoxdur. Amma məncə ən ciddi problem dövlət qurumlarının müstəqil internet mediası ilə əlaqə qura bilməməsidir. Bundan əlavə müstəqil saytların maliyyə probleminin hələ də qalmasıdır. Məncə dövlət bu məsələdə real addımlar atmalıdır”.

Ədil Hüseynli, “Bizimxeber.az” saytının baş redaktoru:

ədil_hüseynli

“İnternet medianın bu gün üçün əsas problemi reklam bazarının olmaması və bir də mətbuatı ciddi şəkildə bilməyən insanların yeni portallar, saytlar açmasıdır.İnternet mediada reklam bazarı formalaşmadıqca bu problem daha da qabarıq şəkildə özünü biruzə verəcək.Və hətta daha təhlükəli hal alacaq.Hesab edirem ki, bu günki vəziyyətdə nəzarətsiz, hər kəsin istəyinə uyğun idarə olunan saytlar cəmiyyət üçün real təhlükədir”.

Qafqaz Ömərov, “Ölkə.az” saytının baş redaktoru:

qafqaz_ömərov

“İnternet medianın bir nömrəli problemi bu sahədə fəaliyyət göstərən xəbər portallarının çoxunda olan maliyyə problemidir, hansı ki, həmin media orqanlarının fəaliyyətinə, yaydığı informasiyanın obyektivliyinə mənfi göstərir. Əksər portallar xəbər istehsalı ilə məşğul olmurlar, bunun üçün əməkdaş, jurnalist saxlamağa və texniki avadanlıq almağa imkanları yoxdur. Bir xırda məsələni vurğulayım: əksər saytların 1-2 işçisi var, heç fotoaparatları, diktofonları belə yoxdur, amma gurultulu adları, loqolarına yekə hərflərlə yazılmış “informasiya agentliyi” sözləri var. Nəinki respublikanın regionlarında, heç paytaxtın hansısa yerində baş verən hadisəni işıqlandırmağa müxbirləri belə yoxdur. Bu “reket medianın” yaranmasına münbit şərait yaradır, Azərbaycanda “informasiya tıxribatı” törətmək istəyən xarici qüvvələrin əlinə geniş imkanlar verir. Hesab edirəm ki, Mətbuat Şurası medianın internet kəsimi ilə daha aktiv işləməli, KİVDF ilə birlikdə internet media orqanlarına dəstək olmalıdır. İnternet xəbər portalları arasında müxtəlif müsabiqələr keçirilməlidir, qaliblər mükafatlandırılmalıdır. Artıq ciddi oxucu auditoriyası olan saytların dairəsi müəyyənləşdirilməli və Azərbaycanın media məkanı cəmiyyətimizin şüurunu zəhərləyə biləcək informasiyaları, xüsusən də sensasiya naminə, savadsızlıq və bilgisizlikdən erməni propaqandasının təxribatlarına gedərək informasiya təhlükəsizliyimizi təhdid altında qoya biləcək materialları yayan saytlardan təmizlənməlidir”.


Kamran Məhərrəmli, jurnalist: 

kamran_meherremli


“Maliyyəsizlikdir.  Saytlar hamısı adi xəbərləri kopiyalamaqla məşğuldur. Ciddi araşdırmalar üçün günlər, həftələr lazımdır. Bunun üçün jurnalistə normal əmək haqqı verilməlidir. Bu olmadığı üçün saytlar boyat xəbərləri tirajlayır, ya da zorlanma xəbərlərini manşetə çıxardırlar”.

Elnur Məhərrəmli “Azpolitika.com”saytının baş redaktoru:



“Qeyri-peşəkarların at oynatması, məsuliyyətsizlik, reklamsızlıq”.


Cahid İsmayıloğlu, internet media üzrə mütəxəssis: 

cahid_ismayıloglu

“Son illərdə ölkəmizdə yeni media – internet mediası yaranmaqda və sürətlə formalaşmaqdadır. Bu cür medianın “yeni” adlandırılması onların yeni texnoloji üsullarla – internet, sosial şəbəkələr, mobil rabitə yolu ilə fəaliyyətindən qaynaqlanır. Artıq bir çox mətbu orqanlar diqqəti çap üsulundan ayırıb, bu cür üsullarla fəaliyyətə kökləməkdədir. Ciddi informasiya agentlikləri bu yolla həm operativliyini gücləndirir, maliyyəyə qənaət edir, dünyaya çıxır, agentlik kimi qısa zamanda özünü təsdiq edir. Əlbəttə ki, yeni texnoloji üsulların – internetin olmadığı bir şəraitdə bu qeyri mümkün olardı.
Özləri özlərini media qurumu olaraq cəmiyyətə sırımağa çalığan, yeni texnoloji üsullarla – internet vasitəsi ilə informasiya yayan, xəbər saytları (başqa ifadə tapmadığıma görə, forma və texniki təyinatına görə xəbər saytı olduğundan belə adlandırıram) da bu şəraitdə meydana gəlməkdə və göbələk kimi artmaqdadır.
«Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununa görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cəzaçəkmə müəssisələrində cəza çəkən, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər, habelə, dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər, siyasi partiyalar mətbu nəşr təsis edə bilməzlər.
Bütün bu qanun və qaydalar mətbu nəşrlərə şamil edilir və qanunla tənzimlənir. Halbuki bügünümüzdə belə nəşrlərin tirajına baxsaq, açıq desəm heç nəzarətə də lüzum olmayacaq dərəcədədir. Başqa bir tərəfdə gündəlik oxunma sayı minlərlə, onminlərə ölçüləcək xəbər saytları hal-hazırda nəzarətdən tam kənardadır, başdı-başınadır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar