Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpol xəttilə axtarılan azərbaycanlının açıqlaması-Fotolar


İnterpolun saytında yerləşdirlən məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib


“2012-ci ildə mənə Çexiyada təhsillə bağlı bir azərbaycanlı ailə müraciət etmişdi. Onlara yardım etdim, Praqa Karl Universitetinə 6500 avro təhsil haqqı ödədilər, lazım olan sənədləri göndərdik, ancaq onlar öhdələrinə düşən sənədləşməni düzgün aparmadıqları üçün viza ala bilmədilər. Bütün bu sənədlər və ödəmələr haqqındakı qəbzlər, sübutlar əlimizdədir. Bu işdə mənim günahım olmasa da, o adamlara öz cibimdən 3000 dollar pul qaytardım. Ancaq onlar məni Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etməklə hədələdilər və daha çox maddi vəsait tələb etdilər”. 

PİA.AZ  xəbər verir ki, bu barədə İnterpolun barəsində axtarış elan etdiyi Elşən Nəzərovdan APA-ya daxil olan açıqlamada bildirilib. 

E. Nəzərov bu məsələni “kiçik problem” adlandırıb və deyib ki, həmin şəxslər məsələni siyasiləşdirmək istəyirlər. 

O, 17 ildir ki, Çexiya Respublikasının rəsmi qoruması altında olduğunu da vurğulayıb: “Ümid edirəm ki, rəsmi Bakı da mənə şər atanları cəzalandıracaq. Şəxsən mən hər iki dövlətin müvafiq orqanları ilə əməkdaşlığa hazıram”.

İnterpolun saytında yerləşdirlən məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib:“Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub”.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar