Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntibahın Azərbaycanlı dahisi

Görkəmli mütəfəkkir Leonardo da Vinçinin anasının Azərbaycandan olması nəzəriyyəsi ilk dəfə kanadalı alim Luis buf Perri tərəfindən irəli sürülüb


Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı Leonardo di ser Pyero da Vinçi 1519-cu il mayın 2-də vəfat edib. İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilib.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Leonardo 15 aprel 1452-ci ildə Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427-1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açıb.

Müasir baxımdan Leonardonun soyadı olmayıb, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir. Onun tam adı "Lionardo di ser Pyero da Vinçi", yəni Vinçidən olan ser Pyeronun oğlu Leonardo kimi səslənirdi.

1466-cı ildə, 14 yaşında ikən Leonardo Verokkio adı ilə yanınan rəssam Andrea di Çionenin "Florensiyada ən yaxşı sayılan" emalatxanasında şagirdliyə başlayıb. Emalatxananın İtaliyanın həmin dövrdəki intellektual mərkəzi Florensiyada yerləşməsi Leonardonun inkişafında böyük rol oynayıb: o, təkcə humanitar biliklərə yiyələnməyib, həmçinin rəsmxət, kimya, metallurgiya, metalla, gipslə və dəri ilə işləmə, müxanika və dülgərlik kimi bəzi texniki bacarıqlar əldə edib, rəsm və heykəltəraşlıqla məşğul olub. Emalatxanada Leonardodan başqa Perucino, Lorenso di Kredi, Anyolo di Polo da təhsil alır, Bottiçelli işləyir, oraya tez-tez Girlandayo kimi məşhurlar gəlirdi.

1472-cü ildə 20 yaşlı Leonardo da Vinçi rəssam və həkimlərin gildiyası sayılan Müqəddəs Luka gildiyasında usta təsnifatını əldə edib. Atasının Leonardo üçün emalatxana açmasına baxmayaraq, onun Verokkio ilə bağlılığı bitməmiş və öz müəllimi ilə əməkdaşlığa davam edib.

Leonardonun məlum olan ən erkən işi Arno vadisinin qələm və mürəkkəblə yaradılmış təsviridir. İş 5 avqust 1473-cü ilə aiddir.

Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı I Fransiskdən dəvət alır və Fransaya köçərək ömürünün sonuna qədər burada yaşayıb yaradır. "İntibah insan"ın prototipi kimi hamının yaxşı tanıdığı Leonardo da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa İntibahının əsas hərəkətverici qövvəsinə çevrilir. Bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.

Leonardo da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza portreti və Sonuncu Şam yeməyi əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı Adəmin Yaradılışı əsəri bu iki əsərə bərabər tutulur. Leonardo da Vinçinin yaratdığı Vitruvian İnsan əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.

Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayıb.

Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar edib. Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürrəkkəb texnologiyaları hələ XVI əsrdə konsepyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir. Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti sağlığında nəinki həyata keçirilmiş, hətta müasirləri tərəfindən qavranıla belə bilinməyib.

Leonardo da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilib və bu elmlərin inkişafına böyük töhfələr verib.

Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə Kanadanın "National Library and Archives"-də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.

Leonardo da Vinçini tədqiqatı ilə məşğul olan tədqiqatçı Louis Buff Parry mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub.

Leonardo da Vinçinin anası "Katerina" adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Atası Piero Fruosina isə notariusda çalışıb.

Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək.(sputnik)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar