Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntihar edən yeznə və baldızın sevgi hekayəti


Saatlı rayonunda dəhşətli intihar hadisəsinin təfərrüatları məlum olub


Rayonun Məmmədabad kənd sakinləri 17 yaşlı Şəfəq Ağaşovanın və 21 yaşlı Mürşüd Askanovun aralarında sevgi münasibətləri olduğuna görə özlərini meşədə iplə ağacdan asaraq öldürdükləri təsdiqlənib.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, onlar intihar etməmişdən əvvəl valideynlərinə  sms yazıblar. Belə ki, Şəfəq Ağaşova atasının, Mürşüd Askanov isə anasının mobil telefonuna “Bizi bağışlayın, bu vəziyyətdə yaşaya bilmərik. Ən yaxşı seçim bu idi. Gəlib meyitimizi Məmmədabad kəndi yaxınlığındakı meşədən apararsız” sözlərini yazaraq onlara göndəriblər.
 
Saatlı rayon icra nümayəndəliyinin sözçüsü Şahin Bayramov bildirib ki, intihardan əvvəl onların valideynlərinə  yazdıqları sms-dən müəyyən olunub ki, Mürşüd Askanovla Şəfəq Ağaşova əvvəlcədən görüşüb, intiharı planlaşdırıblar.
 
İcra nümayəndəsi onu da əlavə etdi ki, hər iki şəxsin meyitini hadisə yerində əvvəlcə öz valideynləri aşkar ediblər. Çünki səhər 06:00 radələrində həm Şəfəq Ağaşovanın, həm də Mürşüd Askanovanın valideynlırinə  göndərdikləri sms ailəni təşvişə salıb.
 
Məmmədabad kəndinin sakinləri hadisədən əvvəl Mürşüd Askanovla Şəfəq Ağaşovanın münasibətləri ilə bağlı hər hansı bir söz-söhbətin gəzib-dolaşmadıgını iddia etsələr də, onların ikisinin də meyitinin meşədə aşkarlanması bəzi versiyaları ortaya qoyub. Sakinlərin bir qismi onların arasında sevgi münasibətlərinin sonradan yarandığını bildirir. Bəziləri isə iddia edir ki, Mürşüd Askanovla Şəfəq Ağaşova əvvəllər sevgili olublar. Lakin münasibətləri baş tutmadığından Mürşüd Askanov acığa məhz Şəfəq Ağaşovanın bacısı ilə ailə qurub. Beləliklə, münasibətləri yenidən bərpa olunub.
 
Saatlı rayon prokurorluğundan Publika.az-a Mürşüd Askanovla Şəfəq Ağaşovanın yeznə baldız olduğu təsdiqlənib. Bildirilib ki, M.Askanov Ş.Ağaşovanın böyük bacısı ilə 3 ildir ki, ailəlidir və birgə nikahdan 2 yaşlı övladı var. Şəfəq Ağaşovanın ailəsi onların gizli münasibətləri ilə bağlı şübhəli məqamlara rast gəlmədiklərini deyiblər.
 
Qeyd edək ki, iyulun 19-da saat 04:00 radələrində  yeznə ilə baldızın meyiti rayonun Məmmədabad kəndini ərazisindəki meşədən aşkar edilib. Saatlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.   


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar