Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntiharlar niyə artır?


Son zamanlar cəmiyyəti narahat edən əsas problemlərdən biri də intihar hallarının kəskin şəkildə artması ilə bağlıdır


Demək olar ki, Azərbaycanda hər gün bir neçə insan özünə qəsd edir. Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğundan statistik məlumatlar yoxdur. Buna baxmayaraq deyə bilərik ki, son intiharların subyekti əsasən gənclərdir.

Bu barədə PİA.az-ın suallarını cavablandıran Sosiologiya elmləri doktoru  Əbülfəz Süleymanlı  bu problemin  bir çox səbəbləri olduğunu qeyd etdi:

“İntiharların müasir dövrün əsas problemləri arasındadır. Hətta bəzi tədqiqatçılar bunu əsrin  vəbası  də adlandırırlar. Burada sosial-iqtisadi probləmlərin rolu az deyil.  Maddi problemlərlə üz-üzə qalan insanlar bunu həll edəmədiyi və bu mövzuda həm rəsmi, həm də qeyri-rəsmi qurumlardan hər hansı bir kömək ala bilmədikləri  təqdirdə  belə bir faciəli yola əl atırlar. Çarəsizlik, ümidsizlik başlıca  faktor kimi  çıxış edir. Digər  tərfədən  xüsusilə son dövrlər iş adamları və sadə vətandaşların banklardan və digər vətəndaşlardan kredit  vəya  borc alaraq pulu vaxtında ödəyə  biləməsi nəticəsində intihar edənlərin vəya buna təşəbbüs edənlərin sayı çoxalıb. Bu intiharların səbəbləri ilə bağlı yeni tendensiya kimi özünü büruzə verir. Buna görə də vətəndaşların borca aldıqlarında daha sonra bu cür acınacaqlı sonluqla üzləşməmələri üçün ehtiyatlı davranmaları vacibdir. 
Lakin intiharları yalnız sosial-iqtisadi çətinliklərlə əlaqələndirmək doğru deyil”. 

Sosioloqun sözlərinə görə, intihar hallarının artmasının əsas səbəblərindən biri də  insanların bir-birindən uzaq düşməsi ilə də bağlıdır:
“Belə ki, bugün xüsusilə inkişaf  etmiş və əhalinin maddi rifah səviyyəsi yüksək olan bir çox ölkədə intiharların faizi xeyli yüksəkdir. Bunun ən əsas səbəblərə arasında müasir həyat tərzinin insanları get-gedə tənhalaşdırmasnıı, mənəvi boşluğa sövq etməsini və maddiyatın əsirinə çevirməsi kimi amiləri sadalayabilərik. İnsan ehtiyac duyduğu hüzuru tapabilmir, ruhu sıxılır, böyük şəhərlərdə insan seli arasında tək başına qalır. Halbuki insan həm də mənəvi tərəfi olan bir məxluqdur. Onun mənəvi ehtiyaclarını ödəmək üçün sosial ünsiyətə  ehtiyac  var. Bugün müasir sosial əlaqə vasitəsi kimi görünən internet və telefon kimi ünsiyyət vasitələri də müəyyən bir müddət sonra insanın bu ehtiyacının ödəmədiyi və aldadıcı bir görüntü meydana gətirdiyi aşkara çıxır. Tam əksinə bir çox halda texnologiya insanı daha çox boşluğa sürükləyir və nəticədə intihar kimi arzu olunmayan halların sayı çoxalır. Bu kimi sıxıntılar qloballaşma dövründə bizim kimi ənənəvi dəyərlərə malik olan cəmiyyətlərdən də yan ötməyib. Belə ki, bu gün cəmiyyətimizdə hətta maddi cəhətdən təmin olunmuş bir çox insan belə yalnızlıqdan, mənəvi hüzursuzluqdan şikayət edir. Bəziləri də buna tab gətirə bilməyərək özünüqəsd yolunu seçir. Bu cür faciələrin yaşanmaması üçün cəmiyyətdə mənəvi dəyərlərə bərqərar olmasına çalışmaq lazımdır. Tarixən malik olduğumuz yardımlaşma, bir-birinin əlindən tutmaq kimi dəyərlərə üstünlük verilməlidir. Rəsmi və qeyri –rəsmi qurumlar bu istiqamətdə işlərini qurmalıdırlar. Təəsüflər olsun ki, əksinə cəmiyyətin bütün laylarında maddiyatı , əyləncəni, cismani zövqü önə çıxaran həyat tərzi addım başı aşılanır və insanların ruhu bütün bunlardan sıxılır”. 

İntihar hallarının qarşısını almaq üçün ilk növbədə cəmiyyətdə baş verən dərin təbəqələşmə sistemini aradan qaldırmaq və bərabər münasibətlər sistemi yaratmaq lazımdır ki, bu işdə də QHT-lərin, mətbuatın və dövlətin üzərinə böyük öhdəliklər düşür:
“Burada kütləvi informasiya vasitələrinin də məsuliyyəti böyükdür. Onlar yuxarıda sadaladığımız bir çox problemlərin qarşısın almaqda maarifləndirici, insnanların mənəvi dünyasına xitab edən verilişlər hazırlamalıdırlar. Təəsüflər olsun ki, bu cür verilişlərin sayı azdır, mövcud olanların keyfiyyətə qənaətbəxş deyil.Güya mərhəmət hissi aşıladığını görüntüsü yaradan proqramlar isə daha çox şou məqsədlidir və hesab edirəm ki, əsas problemləri həll etməkdən çox uzaqdır. Əksinə maddiyatı və əyləncəli həyat tərzini təbliğ edən verilişlər gündən-günə artır. Bu da insanları belə bir həyat tərzi arxasınca qaçmağa sövq edir, buna nail olabilmədikdə isə ümidsizliyə qapılaraq intihar edir. Eyni zamanda kütləvi informasiya vasitələri intiharlarla bağlı xəbər yaydıqlarında reytinq məqsədi güdmələri yolverilməzdir. Xarici ölkələrdə aparılan araşdırmalar göstərir ki, intihar xəbərlərin manşetdən verildiyi yerlərdə və illərdə əksinə intihar hadisələri daim artış göstərib. Bu mənada KİV-lərin son dərəcə məsuliyyətli olmaları vacibdir”. 

Ülviyyə Bəylər 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar