Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntiqam Əliyev, Leyla Yunus, Xədicə İsmayılla görüş


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında baş çəkiblər


Qafqazinfo”nun Ombudsman Aparatına istinadən məlumatına görə, başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə gün ərzində 40-dan çox saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrəniblər.

MPQ-nin üzvləri bu müəssisədə saxlanılan şəxslərdən İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova, Rəsul Cəfərov və digərləri ilə də görüşüb, onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Bəzilərinin istintaqın qeyri-obyektiv aparılması və digər məsələlərlə bağlı ombudsmana ünvanlanmış müraciətlərin araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə göndərilib, onlara qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar