Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntiqam Əliyevi “akvarium”da saxladılar


Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Hüquqi Maarifləndirmə Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin şikayəti üzrə ilkin iclas keçirilib


Məhkəmə zalında İ.Əliyev şüşə kamerada (“akvarium”) əyləşdirilib.

Virtualaz.org saytı bildirir ki, vəkil Cavad Cavadov İ.Əliyevin öz yanında oturması barədə vəsatət qaldırıb.

Sonra o, məhkəmənin audio və videoyazısının aparılması, həmçinin tam məhkəmə istintaqı aparılmaqla apelyasiya şikayətinə baxılması barədə vəsatət qaldırıb.

Lakin prokuror Seyhun Azadıliyev etiraz edərək bildirib ki, müttəhimlərin bu cür əyləşdirilməsi Ədliyyə Nazirliyinin qaydalarına əsasən müəyyən edilib. Hakim isə əlavə edib ki, müttəhimin yeri “Avropa standartlarına uyğun təchiz edilib”.

Həmçinin hakim bildirib ki, prosesin audio və videoyazısının aparılmasına gərək yoxdur, çünkü iclasların protokolları tərtib olunur.

Xatırladaq ki, İ.Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıqda ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ən çox oxunanalar