Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İntiqam Əliyevin bank hesabı bloklanan vəkili danışdı



Şəhla Hümbətova: “Əgər problem həll olunmasa, məsələnin üstünə gedəcəm”


Hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin vəkili Şəhla Hümbətovanın bank hesabı bağlanıb. Bu barədə vəkilin özü facebook səhifəsində məlumat verib. Şəhla Hümbətova bildirib ki, 19 yanvar tarixində "Unibank"da olan hesabdan pul çıxartmaq istəyərkən ona xidmət etməkdən imtina olunub.
 
Vəkil problemlə əlaqədar banka müraciət edib. Ancaq bank işçisi bildirib ki, onun hesabı blok olunub. 

Ş.Hümbətova baş verənlərlə bağlı  facebook statusunda yazır: “Səbəbini isə izah edə bilmədi. Aydınlaşdırıb, məlumat verəcəyini dedi. Hələ də nə hesabın dondurulma səbəbi deyilir, nə də ki, pul qaytarılır. "Unibank"ın "Neftçilər" filialının meneceri heç bir izah verməyərək, “iki gün gözləyin, baş ofislə araşdırıb, məlumat verəcəyik” cavabını verdi”.

Şəhla Hümbətova musavat.com-a açıqlamasında bank hesabında yanvarın 19-dan etibarən problem yarandığını söyləyib: “Bu proses yanvarın 19-dan davam edir. Həmin gün pulumu çıxara bilmədim. Bu gün yenə banka getdim. Problemin davam etdiyini gördüm. Bununla bağlı narazılığımı bildirdim. Məhkəmə və mətbuata müraciət edəcəyimi dedim. Bankdan ayrılandan bir müddət sonra zəng edib, dedilər ki, “gəlin, məsələni araşdıraq”. Bəlkə də texniki problemdir. Bankda da dedim ki, texniki problem uzağı 1 saat çəkər. Özləri də etiraf etdilər ki, onlara məlum deyil. Əgər problem həll olunsa, məbləğin hamısını çıxaracam ki, bir daha belə hadisələrlə üzləşməyim. Əlimdə bir fakt olmadığına görə nəsə bir fikir söyləmək çətindir. Əgər problem həll olunmasa, məsələnin üstünə gedəcəm. Aidiyyatı yerlərə müraciət edəcəm”.

Vəkil yanvarın 19-da Tiflisdən gələrkən aeroportda yoxlanılmasından da danışdı: “Bu ayın 19-da Tiflisdən gələrkən ciddi yoxlanıldım. Yoxlanış zamanı əlimdə bank kartı görən qız bu barədə rəisə məlumat verdi. Rəis də hansı bankın olduğunu soruşdu. Qız “Unibank” olduğunu dedi. Bundan şübhələnib, aeroportdan birbaşa banka getdim. Çünki bilirdim ki, son vaxtlar çox adamın bank hesabları dondurulub. Banka getdiyim zaman hesabımın bloklandığını gördüm. İndi bilmirəm ki, bu təsadüfdür, yoxsa nədir?”

Şəhla Hümbətova sentyabr ayından etibarən hər dəfə xaricə gedib, qayıdanda ciddi yoxanıldığını bildirdi: “Nəzarətçilərdə “nömrə 5” deyilən siyahı var. Bu siyahıda nəzarətdə olan vəkil, ictimai-siyasi fəalların adları yazılıb. Mən həmin siyahıdayam. Həmişə yoxanıldığıma görə artıq öyrəşmişəm. Bu dəfə bank kartıma belə ciddi fikir veriləndə şübhələndim”.

Vəkil baş verənlərin İntiqam Əliyevlə bağlı ola biləcəyi ehtimalının yüksək olduğunu da qeyd etdi: “Dekabr ayından etibarən İntiqam müəllimin vəkiliyəm. Prosesə istintaqın sonuna yaxın qoşulmuşam. Biz uşaq deyilik. Boş yerə belə problemlər yaranmaz. Çox güman ki, indi pullarımın haradan gəlməsini yoxlayırlar. Görsünlər ki, hara ilə əlaqələndirirlər. Amma məndə elə bir şey yoxdur. Heç yerdən pul almıram. Şəxsi öz hesabımdır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar