Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka ilə bağlı yeni qaydalar - Bu qaydalarla gənclərin mənzil problemləri həllini tapacaq?


Ekspert: “Yeni dəyişikliklər ipoteka prosesinin aktivləşməsinə və eyni zamanda təbii ki, bu sahəyə marağın artmasına səbəb olacaq”


“Yeni qaydalar ipoteka kreditlərinin verilməsində şərtləri asanlaşdıracaq və ipoteka əlçatanlğını artıracaq”.

Bu sözləri Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ipoteka krediti ilə bağlı yeni qaydaları PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti tərəfindən ipoteka krediti ilə bağlı yeni qaydalar təsdiqlənib. Bildirilir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar ipoteka kreditlərindən istifadəni asanlaşdıracaq. Söhbət dövlət banklarının daxili ipotekasından gedir. Belə ki, dövlət bankları daxili ipoteka kreditlərini yeni qaydalarla verəcəklər  və yeni qaydalar adi və sosial ipoteka kreditlərinə deyil, bankların özləri tərəfindən verilən daxili ipoteka kreditlərinə şamil edilir. Qaydalar bir sıra vacib məsələləri özündə ehtiva edir. İlk növbədə kredit faizləri aşağı salınacaq. Bundan əlavə kredit götürərkən ilkin ödəniş məbləği azaldılacaq. 

Qeyd edək ki, qaydaların tam təfərrüatları yaxın müddətdə məlum olacaq.

Yeni qərar vətəndaşların ipoteka əldə etmək imkanlarını yaxşılaşdıracaq və gənclərin mənzillə təminatında problemlər öz həllini tapacaq?  

Image result for ramil osmanlı

Ramil Osmanlı: “İlkin ödənişlə bağlı bankların tələblərinin bir qədər artırılması müşahidə olunacaq”.


Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ipoteka ilə bağlı yeni qaydaların PİA.AZ-a şərh edərkən qeyd edib ki, yeni qaydaların sırasında ipotekaya girov qoyulan əmlakın tam təmirli olmaması, yəni təmirsiz olması, eyni zamanda yeni binalarda olması və ilkin qeydiyyat sənədi ilə qəbul edilməsi kimi qaydalar da var:

“Sözsüz ki, yeni dəyişikliklər ipoteka prosesinin aktivləşməsinə və eyni zamanda təbii ki, bu sahəyə marağın artmasına səbəb olacaq. Elektron ipoteka tətbiq edilməsi əslində mütərəqqi addımdır. Eyni zamanda faiz dərəcələrinin aşağı salınması, bundan başqa ilkin ödəniş məbləğinin müəyyən mənada dəyişdirilməsi təbii ki, müsbət addımdır. 

Onu da qeyd etmək lazımdır ki, ilkin ödənişlə bağlı bankların tələblərinin bir qədər artırılması da müşahidə olunacaq. Yəni məsələn sosial ipotekada ilkin ödənişlə bağlı banklar qarşısında qoyulan tələblər əvvəl konkret 10%-idisə, indi bu 10%-ə qədər olub. Ümumi ipotekada isə bu faiz konkret 20% idisə, indi bank vətəndaşla, yəni ipoteka götürənlə qarşılıqlı razılaşma əsasında bu faizi təyin edəcək və bu 20%-də ola bilər, bir qədər artırıla dabilər.  Hesab edirəm ki, banklar bundan müəyyən mənada istifadə edəcəklər və qarşı tərəfi faizin artırılması ilə bağlı qarşılıqlı anlaşmaya bu və ya digər şəkildə gətirib çıxaracaq. 

Amma ipoteka ilə bağlı yeni qaydaların sırasında ipotekaya girov qoyulan əmlakın tam təmirli olmaması, yəni təmirsiz olması, eyni zamanda yeni binalarda olması və ilkin qeydiyyat sənədi ilə qəbul edilməsi kimi qaydalar var. Mən düşünürəm ki, bunlar ipoteka kreditlərinin verilməsində şərtləri asanlaşdıracaq və ipoteka əlçatanlğını artıracaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar