Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidar-müxalifət dialoqu reallaşır


Siyavuş Novruzov: “Bir qrup müxalifət partiyası iqtidarla görüş istəyib və təbii ki, görüşəcəklər”; Sərdar Cəlaloğlu: “Baxaq görək hakimiyyətdə hansı mövqedə olanlar qalib gələcək”


Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyalardan dördünün (KXCP, ADP, ALDP, AXP) Prezident Administrasiyası İctimai siyasi şöbəsinin müdiri Əli Həsənovla görüş istəyi reallaşa bilər

Böyük ehtimalla görüş üçün rəsmi müraciətə müsbət cavab veriləcək və hakimiyyət təmsilçisi ilə müxalifət partiyalarının görüşü baş tutacaq.

Dünən YAP icra katibinin müavini Siyavuş Novruzovun verdiyi açıqlama bunu deməyə əsas verir. S.Novruzov APA-ya deyib ki, bir qrup müxalifət partiyası iqtidarla görüş istəyib və təbii ki, görüşəcəklər. 

bitmap-img6


S. Novruzov qeyd edib ki, müxalifətin bir qolu ilə YAP müəyyən məsələlərdə fikir mübadiləsi aparır, görüşləri olur: “Bu, əsasən parlamentdə təmsil olunan partiyalardır. Eyni zamanda YAP-da Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə siyasi partiyalarla əlaqədar komissiya fəaliyyət göstərir ki, bir neçə dəfə əksər siyasi partiyaların iştirakı ilə görüşlər də olub, müxtəlif təkliflər də irəli sürülüb. Bu təkliflər qruplaşdırılıb və onların üzərində hazırda iş gedir. Yeni görüşlərin də olması ilə bağlı məlumat almışam. İqtidar müxalifətlə dialoqa, fikir mübadiləsinə və əməkdaşlığa həmişə hazırdır. Yetər ki, müxalifətin digər qolu da buna hazır olsun”.




Görüş üçün müraciət edənlərdən ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ müraciətə rəsmi cavab gəlməyib. Mediaya verilən açıqlamalar müsbət istiqamətdədirsə, ümid etmək olar ki, məsələ reallaşa bilər: “Siyasi dialoq həm müxalifətə, həm də iqtidara hava-su kimi lazımdır. Müxalifət ölkədəki bir çox problemlərin həllini istəyir. O problemlərin həlli üçün mitinqlər və başqa təzyiqlər effektli deyil. Ona görə düşünürəm ki, dil tapmaq daha effektli olar. Xüsusən siyasi məhbuslar probleminin həlli məsələsində. Siyasi dialoq iqtidar üçün ona görə önəmlidir ki, beynəlxalq ictimaiyyət indiki qədər iqtidara demokratiyanın boğulması ilə bağlı güclü təzyiqlər eləməyib. Bu dialoq o təzyiqlərin bir qədər yumşalmasına xidmət eləyə bilər. Dialoqun əhəmiyyəti ondan ibarətdir ki, tərəflər qarşılıqlı olaraq faydalanırlar. Yəni hər bir tərəf özünə lazım olan faydanı götürür. Təbii ki, iqtidarda da rasional düşünən insanlar kifayət qədərdir və o insanlar ciddi şəkildə səy göstərsələr Azərbaycanda iqtidar-müxalifət dialoqunun baş tutmamasının heç bir arqumenti qalmaz. Amma müəyyən qüvvələr ola bilsin ki, ölkədə vətəndaş qarşıdurmasında maraqlıdırlar. Belələri istəyərlər ki, iqtidar daha çox sıxılsın və onlar da bundan daha çox bəhrələnsinlər. Bu cür adamlar çalışacaqlar ki, dialoqa mane olsunlar. İndi baxaq görək hakimiyyətdə hansı mövqedə olanlar qalib gələcək. Müxalifət tərəfindən siyasi dialoq məsələsində heç bir problem yoxdur”.

S.Cəlaloğlu onu da dedi ki, bu dialoq baş tutmayacağı halda da heç bir cavab addımı atan deyillər: “Sadəcə, həm iqtidar, həm müxalifət deyir ki, biz dialoqa hazırıq. Biz bunu bir daha test etmək istəyirik ki, görək hansı qüvvələrin sözləri ilə əməlləri üst-üstə düşür. Çünki gördük ki, heç bir tərəf konkret olaraq addım atmaq istəmir, biz də bu təşəbbüsdə bulunduq ki, səmimi istək varsa biz də hazırıq. Biz hakimiyyəti fakt qarşısında qoyduq ki, hansısa bəyanatla deyil, rəsmi müraciətlə qarşı tərəfi siyasi dialoqa dəvət etmişik. Amma mənə elə gəlir ki, dialoq bu dəfə baş tutacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar