Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidarı xalq arasında nüfuzunu itirib?


Aydin Mirzəzadə: “Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”


Elman Fəttah: “Hakimiyyət xalqın arasında nüfuzunu itirib”

Qabil Hüseynli: “Hakimiyyətin çətin durumda olduğu qənaətində deyiləm”

Hər seçkiöncəsi olduğu kimi, bu dəfə də müxalifət təmsilçiləri Azərbaycan hakimiyyətinin çöküş mərhələsi yaşaması ilə bağlı fikirlər səsləndirirlər. Xüsusilə, ötən ay Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə və ATƏT-in noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi, bu iddiaların daha çox ortaya atılmasına səbəb oldu.

Qeyd olunur ki, artıq ölkə iqtidarı günü-gündən mövqelərini itirməkdədir. Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədov “Azadlıq” qəzetinə verdiyi son açıqlamada  bildirib ki, “hakimiyyət sonunun yaxınlaşdığını hiss edir”. Vəkil qeyd edib ki, Avropa xalqımıza açıq mesaj verdi, əgər xalq haqqı uğrunda mübarizəyə qalxsa, dünya ona dəstək verəcək.
Göründüyü kimi, demokratik düşərgəni Qərbin son aylardakı siyasətini ciddi şəkildə ümidləndirib.

YAP funksioneri, iqtidaryönlü deputat Aydın Mirzəzadə isə belə fikirlərin pafosdan doğduğu qənaətindədir. O, hesab edir ki,  22 il öncədən müxalifət zaman-zaman bu cür fikirlər səsləndirir: “1993-cü ilin 15 iyunundan Heydər Əliyev siyasi kursuna müxalif olan dairələr Azərbaycan iqtidarı barəsində daim bədbin proqnozlarını verirlər. Xüsusilə, ulu öndərin apardığı siyasətin heç bir nəticə vermədiyini, 1995-ci ildə qəbul edilmiş konstitusiyanın uzun müddət davam gətirməyəcəyini, Azərbaycanın Avropa Şurasına qəbul edilməyəcəyini, dövlətimizin apardığı siyasətin ona problemlər yaradacağını qeyd ediblər. Amma göründüyü kimi, 22 ildir onların dediyinin əksinə olaraq, Azərbaycan demokratik, hüququ dövlət kimi təşəkkül tapıb. Ölkəmizdə iqtisadi inkişaf gedir, dünyada gedən neft, maliyyə böhranına baxmayaraq, Azərbaycan uğurla irəliləyir. Demokratiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Vaxtı ilə Heydər Əliyevin, indi isə, cənab prezidentin apardığı siyasət siyasi rəqiblərimizin proqnozlarını alt-üst edib. Azərbaycanı qarşıdakı 200 ildə hər hansı bir problem gözləmir. Çünki, Azərbaycan dövlətçiliyini möhkəm qurub. Bu gün vətəndaşlarımız dövlətçiliyimizin timsalında özünə dayaq görür, sabahına inanır, problemlərinin həll olunduğunu görürlər. Ölkə iqtidarı bütün problemləri həll etmək gücündədir. Maraqlara uyğun dövlətçilik maraqları ortaya qoyuruq. Ayrı-ayrı şəxslərin, müxalif dairələrin verdiyi proqnozların heç bir əsası yoxdur. O dairələr bu barədə danışırlar ki, cəmiyyətdə nüfuzlarından söhbət gedə bilməz. Heç bir seçkidə uğur qazana bilmirlər. Ətraflarında demokratik düşüncəli qruplar yoxdur. Onların fikirləri cəmiyyətdə səbirsizliklə gözlənilmir. Belə fikirlər çıxılmaz vəziyyətdə olmalarından irəli gəlir. Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”.

Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, hakimiyyət indiyə qədər iki resursun üzərində dayanıb: “Qənaətlərim və ciddi analizlərim onu göstərir ki, iqtidar iki mühüm resursun üzərində ayaqda qalırdı. Maliyyə və beynəlxalq resurslar. Bu ilin fevralında devalvasiya yaşananda gördük ki, hakimiyyətin maliyyə resursu tükənib. Digər tərəfdən isə, rejimin beynəlxalq resursunun da tükəndiyi açıq şəkildə görünür. Bütün bunlar onu göstərir ki, rejimin hakimiyyətdə qalma şansları getdikcə itməkdədir. Hakimiyyət xalqın etimadı üzərində yox, neftin pulları hesabına iqtidarda qalıb. Mən o proqnozlara qoşuluram. İqtidarın avtoritarizmi davam etdirmə imkanları bitir. İdarəetmə instrumentləri azalıb. Son illərin repressiyasını müşahidə edirik. Bu da hakimiyyətdə qalma yollarından biridir. Hesab edirəm ki, bu uzun çəkməyəcək. Rejim əvvəllər də çöküş anları yaşayıb. Hakimiyyət xalqın arasında nüfuzunu itirib. Bu baxımdan çox davam edə bilməz. Əlavə resurslar olmadığından hakimiyyətin əldə saxlamağa çalışdığı instrumentlərin ömrü də qısa zamanda başa çatacaq”.

Məsələyə politoloq baxışı da aldıq. Qabil Hüseynli hakimiyyətin sonunun yaxınlaşması kimi fikirlərlə razılaşmağın mümkünsüz olduğu düşüncəsindədir: “Qurban Məmmədov hörmət etdiyim siyasətçilərdəndir. Amma onun və digər müxaliflərin fikirləri ilə razılaşmaq olmaz. Hakimiyyət daha möhkəm, monolit komanda olması ilə diqqət çəkir. Neftin qiymətinin aşağı düşməsi ilə büdcə və iqtisadiyyatın müəyyən sahələrində problemlər nəzərə çarpır. Bu o demək deyil ki, Azərbaycan neftdən asılıdır. Əslində ölkəmiz özünün yeni neft qaynağını işə salmaqdadır. Söhbət irimiqyaslı qaz yataqlarının kəşfindən və Avropaya nəqlindən gedir. Azərbaycan 2018-də “Şahdəniz-2” qaz yatağını işə salacaq. Hər il 15 milyard kubmetr Avropaya qaz nəql edəcək. Başqa kəşf edilmiş qaz yataqları var. Azərbaycan gələcəkdə qaz yataqlarını 35-40 milyard kubmetrə çatdıra bilər. Neftin qiyməti hazırda artmaqda davam edir. Bütün bunlar gəlirlərimizin artacağı proqnozunu verir. Hakimiyyətin siyasətinin Qərb tərəfindən tənqid olunması dalana dirəndiyi anlayışına gəlməməlidir. Hətta hakimiyyəti tənqid edən ölkələrin bir qismi siyasətlərini dəyişiblər. 

ABŞ indiyə qədər tənqidi bəyanatlar verirdi. Amma indi Azərbaycan səfirini konqresə çağıraraq, müəyyən suallar verir, bu suallar ətrafında iqtidarı düşünməyə vadar edirlər. Hakimiyyət çalışır ki, onunla diktə dili ilə danışmasınlar. Avropa ilə əlaqələri kəsmək fikri yoxdur. Avropanı heç kim itirmək istəməz. Hakimiyyətin çətin durumda olduğu qənaətində deyiləm. Müəyyən sahələrdə nöqsanların olduğunu söyləyə bilərəm. Çexiyanın keçmiş prezidenti Kavel deyirdi ki, demokratiya marsa gedən bir yol kimi, uzun bir yoldan keçir, nə qədər ona doğru gedirsən, o bir o qədər sənsən uzaqlaşır. Bu baxımdan demokratiyamızın əskikləri var.  Bu problem olmasına baxmayaraq, hesab edirəm ki, gələcəkdə demokratiya təkminləşəcək. Edilən tənqidlərdən də nəticələr çıxarılacaq”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar