Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidarın yeni Qərb strategiyası


Beynəlxalq münasibətlərdə “buzların ərimə” dövrü; Azərbaycanın təmsil olunduğu və əməkdaşlıq etdiyi bütün təşkilatlarla əlaqələrində “yeni səhifə” açmaq tapşırığı verilib; ATƏT-in Bakı ofisinin yenidən bərpa olunacağı xəbəri yayılıb; beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsi prosesinə bəzi QHT-lər də cəlb edilir...


“Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” qətnaməsinin AŞ PA-nın qış sessiyasında qəbul edilməməsi ətrafında yaranmış ajiotaj səngimir. 

Bunu ölkə diplomatiyasının, xüsusən Xarici İşlər Nazirliyinin uğursuzluğu kimi qiymətləndirənlər də var,  Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin fəaliyyətinin zəif olması ilə izah edənlər də. 

Xatırladaq ki, Böyük Britaniyadan olan məruzəçi Robert Uolterin hazırladığı “Dağlıq Qarabağ Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnaməsi 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib. 

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu uğursuzluq səbəbindən vəzifəsindən azad olunması bağlı məlumatları təkzib edib. S.Seyidov bildirib ki, səhhətində yaranan problemlərə görə AŞ PA-nın qış sessiyasına gedə bilməyib və onu nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib. XİN isə mətbuat xidməti səviyyəsində sənədin qəbul edilməməsinin məsuliyyətini Minsk Qrupu həmsədrlərinin üzərinə qoyub, bu uğursuzluğu onların tutduğu qərəzli mövqe ilə izah edib. 



***

Məlumatlara görə, iqtidar bir müddətdir ki, üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla bağlı yeni strategiya üzərində işləyir. 

Sirr deyil ki, Qərblə münasibətlərin daha da kəskinləşdiyi ötən ildə iqtidar beynəlxalq qurumlarla qarşıdurmaya getdi-Avropa Birliyi, Avropa Parlamenti, ATƏT, eləcə də digər Qərb institutları ilə “soyuq müharibə”yə başladı. Avropa Parlamentinin iqtidarla bağlı sərt qətnaməsindən sonra Milli Məclisdə “Avronest” Parlament Assambleyasından çıxmaqla bağlı qərar qəbul olundu. Az sonra ATƏT-in Bakı ofisi  “ölkənin maraqlarına zidd olan siyasi xətt” səbəbindən bağlandı. Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakı da xeyli zəiflədi... 



Belə bir vəziyyətdə iqtidarın vəziyyəti dəyişmək üçün yeni təşəbbüsləri barədə iddialar yayılıb. Həmin iddialara  görə, müvafiq dövlət qurumlarına Azərbaycanın təmsil olunduğu və əməkdaşlıq etdiyi bütün təşkilatlarla  əlaqələrində “yeni səhifə” açmaq tapşırığı verilib. Prezidentin Murad Nəcəfbəylini  Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağıraraq, onun yerinə daha təcrübəli diplomat olan Vaqif Sadıqovu təyin etməsi də bu strategiyanın tərkib hissəsi kimi göstərilir. 



ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tsereteli və Kent Harstedtin başçılıq etdiyi nümayəndə heyəti yanvarın sonunda Bakıya səfər edib. Prezident və xarici işlər naziri ilə görüşlərdən sonra mediada ATƏT-in Bakı ofisinin yenidən bərpa olunacağı xəbəri yayılıb. Rəsmilər hələ ki bu barədə dəqiq bilgi vermirlər, amma bildirilir ki, yaxın aylarda Bakı ofisinin fəaliyyəti yenidən bərpa ediləcək, hətta bununla bağlı artıq sənədləşmələr də başlayıb. O cümlədən, həm rəsmi Bakıdan, həm də Brüsseldən Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin genişlənməsi və “Şərq Tərəfdaşlığı” proqramında iştirakının davam etməsinin vacibliyi ilə bağlı müsbət mesajlar eşidilməkdədir. 



***
Daha bir iddia isə iqtidarın beynəlxalq təşkilatlarla münasibətlərinin tənzimlənməsi prosesinə bəzi QHT-lərin də cəlb edilməsidir. Məlumdur ki, son aylar Qərb təşkilatları ilə əməkdaşlıq edən QHT-lərə ciddi təzyiqlər olub, bəzi QHT rəhbərləri tutulub, bir çoxunun isə bank hesablarına həbs qoyulub. Bu məsələyə görə hətta ABŞ prezidenti Barak Obama da “Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir”, demişdi. 



Həbsdəki QHT rəhbərlərinin azadlığa buraxılacağı ilə bağlı hələ ki məlumat yoxdur. Amma bildirilir ki, hökumət beynəlxalq qurumlarla yaxşı əlaqələri olan, mötəbər qurum kimi qəbul edilən QHT rəhbərləri ilə anlaşma ərəfəsindədir. İddia olunur ki, onların bəzilərinin bank hesablarından həbs götürülüb. Bu, “Azərbaycanın mənafeyi naminə” atılan addım kimi izah edilir, onlardan ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində fəaliyyət göstərmələri istənilir. 

Mövzu ilə bağlı bilgili mənbəmiz hətta deyib ki, bir QHT rəhbərinə son parlament seçkilərində boş qalmış dairədə namizədliyinə “yaşıl işıq” yaradılacağı vədi belə verilib. 



Bu xəbərlərin nə dərəcədə səhih olduğunu indilikdə iddia edə bilmərik. Amma ötən həftə prezident İlham Əliyev də ölkə gənclərinin bir qrupu ilə görüşündə Azərbaycanın beynəlxalq təşkilatları ilə münasibətlərinə xüsusi yer ayırıb. Prezident deyib ki, Azərbaycanı dünyada daha da geniş şəkildə təmsil etmək üçün, eyni zamanda kadrların təcrübə toplamaları baxımından  beynəlxalq təşkilatlarda təmsilçiliyimizin olması çox önəmlidir. “Xarici İşlər Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verilib ki, biz çalışmalıyıq, gənclərimiz, xüsusilə gənc mütəxəssislərimiz bütün beynəlxalq təşkilatlarda təmsil olunsunlar, beynəlxalq məmur statusuna malik olsunlar və orada çalışsınlar”. 

 

***

Azərbaycan müstəqillik əldə edəndən sonra beynəlxalq  təşkilatlara qoşulmaqla mövcud problemlərin dünyanın gündəmində olması və həlli istiqamətində müəyyən addımların atılmasına nail olub. İqtidar uzun sürəcəyi gözlənilən  postneft dövründə bu kimi təşkilatlarla daha sıx və hərtərəfli əməkdaşlığı vacibliyini anlayır. Bu səbəbdən də yeni strategiyanın ölkənin daxilində də öz müsbət təsirini göstərəcəyi, beynəlxalq qurumlarla münasibətlərdə əsas əngəl olan problemlərin, o cümlədən siyasi məhbuslarla bağlı məsələnin də öz həllini tapacağına ümidlər yaranıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar