Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçıların mitinqə çıxmamasının səbəbi nədir?


Milli Şura qiymət artımına etiraz olaraq dekabrın 15-də icazəli mitinq keçirdi


Öncədən iki saat davam etməsi planlaşdırılan, amma cəmi bir saat çəkən mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış etdilər.

Halbuki təşkilatçılar aksiya öncəsi deyirdilər ki, bu mitinq benzinin bahalaşmasına etiraz əlaməti kimi keşirildiyindən orada çıxışçılar arasında iqtisadçılaq və ekspertlər də olacaq. Amma mitinq vaxtından əvvəl başa çatsa və digər natiqlərin də danışmasına fiziki baxımdan yetərincə imkan, vaxt olsa da bu çıxışları görmədik. Milli Şuranın tədbirində heç bir iqtisadçı çıxış edib bahalaşmaya ciddi, tutarlı arqumentlərlə etirazını bildirmədi.

Görəsən, niyə?

Virtualaz.org saytının əməkdaşı bu suala cavab almaq üçün mitinqin əsas təşkilatçılarında olan AXCP-nin mövqeyini öyrənib. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı virtualaz.org-a açıqlamasında bildirdi ki, çıxışçılar Mitinq Komitəsi tərəfindən nəzərdə tutlmuşdu:

“Mitinqdə kimlərin çıxış edəcəyi qurumun Mitinq Komitəsi tərəfindən müəyyənləşdirilmişdi. Buna görə də ekspertlərin çıxış etməməsinin başqa səbəbi ola bilməz”.

Arif Hacılının mitinqdə iqtisadçı-ekspertlərin çıxış edəcəyi ilə bağlı əvvəlcədən açıqlama verməsinə də münasibət bildirən F.Qəhrəmanlı bu qərarı A.Hacılının vermədiyini qeyd etdi: “Bu qərar Arif Hacılı tərəfindən verilmir. Kimlərin çıxışı nəzərdə tutulmuşdusa, onlar da çıxış etdi”.

AXCP rəsmisinin deməyindən belə nəticə hasil olur ki, iqtisadçıların çıxış etməyəcəyi öncədən bəlli imiş. Bəs onda “mitinqdə xeyli nüfuzlu şəxsin iştirakı, iqtisadçıların çıxışı gözlənilir” anonsu nə idi? Yoxsa meydana daha çox adam yığmaq üçün düşünülmüş adi reklam tryuku? Hər halda sual açıq qalır...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar