Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İradə Gülməmmədova Fatmayı kənd sakinləri ilə görüşüb

Bu gün Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Fatmayı kəndində sakinlərlə səyyar qəbul və görüşü keçirilib


Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və iki yüzə yaxın sakin iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini və bunun artıq ənənə hal aldığını vurğulayan İ.Gülməmmədov Abşeronda son 10 ildə həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını bildirib. 

Abşeron rayonunun əhali sayının günü-gündən artdığını, bu səbəbdən də təbii olaraq bir sıra hallarda müəyyən təlabatların yarandığını və onların da öyrənilərək qarşılandığını, bütün gərəkli işlərin gürüldüyünü qeyd edən İ.Gülməmmədova rayon ərazisinin 90 faizinin tam qazla təmin olunduğunu, qalan ərazilərin isə hissə-hissə qazlaşdırıldığını, kənd və qəsəbələrdə yeni ambulatoriya məntəqələrinin tikilərək sakinlərin istifadəsinə verildiyini qeyd edib. 

Görüşdə bildirildi ki, son on ildə rayon ərazisində 50-yə yaxın məktəb və uşaq baxçası inşa edilib. Hazırda da 2 məktəb və 8 yeni uşaq baxçasının tikintisi davam etdirilir. Rayonda fəaliyyət göstərən bütün məktəblər əsaslı təmir edilib, dam örtükləri yenilənib. İnzibati binaların hamısı istilik sistemi ilə təmin edilib. Bağçaların qida rasionlarına diqqət ayrılıb və daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Rayon ərazisində yeni-yeni mədəniyyət mərkəzləri tikilib. 

Daha sonra kənd sakinlərindən Əhməd Əliyev, Əmirağa Məmmədov, Firəngiz Salayeva, Rəsul Məmmədov, Pərvanə Hüseynova, Hacıməmməd İbrahimovAkif Nadirov, Cəmilə Mahmudova çıxış edərək qəsəbədə keçirilən səyyar qəbulun əhəmiyyətindən danışıb, rayon rəhbərliyinin kənd sakinləri ilə gürüşünü yüksək qiymətləndiriblər. Rayon ərazisində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edən sakinlər yeni salınan küçələrə telefon xəttinin çəkilməsini, kənd məktəbində oxuyan şagirdlərin mütəmadi olaraq tibbi müayinədən keçirilməsini, kəndə işləyən marşrut avtobuslarının sayının artırılmasını, gənclərin asudə vaxtının keçirilməsi üçün iaşə obyektinin açılmasını və eləcə də Fatmayı kəndindəki tarixi hamamın bərpa edilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib. 

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq, digər ərazilərdə olduğu kimi, Abşeron rayonunda da əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində işlərin gürüldüyünü, bu yöndə sakinlər tərəfindən irəli sürüləcək təkliflərə Rayon İcra Hakimiyyətinin açıq olduğunu, onlara lazimi yardımların göstəriləcəyini vurğulayan İ.Gülməmmədova kənd camaatını həyatyanı sahələrindən daha səmərəli istifadə etməyə çağırıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar