Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Eldar Mahmudovun vəhabilərlə əlaqəsini araşdıracaq

İran Xarici İşlər Nazirliyi Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracaq


Ans press-in İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari açıqlama verib.

Mətbuat konfransı zamanı zalda olan jurnalistlərdən biri qeyd edib ki, kütləvi informasiya vasitələrində Azərbaycanın sabiq nazirinin Qafqazda vəhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və İsraillə sıx əməkdaşlıq etməsi barədə xəbərlər yayılıb.

Jurnalist XİN rəsmisinə bunun İranın maraqlarına zərər verib-verməməsi barədə sual ünvanlayıb.

Suala cavab verən Hüseyn Cabir Ansari bu məsələnin araşdırılacağını bildirib: “Məsələ araşdırıldıqdan sonra müəyyən faktlar aşkar olunarsa, məlumat veriləcək”.

Xatırladaq ki, prezident İlham Əliyev oktyabr ayının 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

E.Mahmudov vəzifəsindən azad edildikdən sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Aparılan araşdırmalar zamanı məlum oldu ki, yüksək rütbəli məmurlar uzun müddətdir ki, sahibkarlara qarşı cinayət törədib. Bu əməllərinin nəticəsində həmin məmurlar milyonlar əldə ediblər.

Belə ki, Eldar Mahmudovun tapşırığı ilə sahibkarların telefon danışıqlarına qulaq asılıb və MTN generalları bunun köməyi ilə Azərbaycanın biznes elitasını, eyni zamanda orta səviyyəli sahibkarları da şantaj edərək külli miqdarda pul mənimsəyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar