Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Rusiyanı İrəvanla vuracaq


“Ermənistanla əlaqələrini təkrar gücləndirən İranın əsas məqsədi Türkiyə əleyhinə Qafqazlarda möhkəmlənməkdir”


Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. 

Onun sözlərinə görə, İranın Ermənistanla yaxın əlaqələri qətiyyən təkcə Azərbaycanla indeksləşməyib:

“Etiraf etmək lazımdır, fars imperiyasının qədim bir tarixi var və buna söykənib siyasəti çoxparametrli səviyyədə qurmaq imkanları mövcuddur. Ermənistanla əlaqələrini təkrar gücləndirən İranın əsas məqsədi Türkiyə əleyhinə Qafqazlarda möhkəmlənməkdir. Hər kəsə bəllidir ki, rəsmi Ankara müstəqillik illərindən həm Gürcüstan, həm də Azərbaycan vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənməkdədir. Hər iki ölkə bu gün Türkiyənin yaxın müttəfiqləridir. İran maksimum çalışırdı ki, burada bir lövbər salsın və Tehran üçün ən yaxşı dayanacaq İrəvan sayılırdı.

İkinci məqsəd Qərbin planları ilə bağlıdır. Rəsmi Tiflis son illərdəki cəhdlərinə görə, özünü avroatlantik məkanın tərkib hissəsi hesab edir. İran bu ölkədən özünə qarşı gələn təsirlərin qarşısını almaq istəyir və fərqindədir ki, bu, Tehranın mənafelərinə zərbə vura bilər. NATO-nun infrastrukturu Gürcüstana gəlib çatdıqca təbii ki, fars körfəzində öz mənafelərini quran və Yaxın Şərqdəki proseslərə açıq müdaxilə edən bir dövlət Qafqazdan vaz keçə bilməz. İran İrəvanı öz maraqlarının forpostuna çevirmək niyyəti güdür və siyasi maraqlar uğrunda mübarizə baxımından öz məqsədlərini həyata keçirmək istəyir”.

Millət vəkili İran-Ermənistan yaxınlaşmasının arxasında duran üçüncü amilin məhz Rusiya ilə bağlı olduğunu deyib:

Ermənistan rəsmi Moskvanın cənub cinahında əsas dayağıdır. Lakin Ermənistanda Rusiya əleyhinə olan qüvvələr də mövcuddur. İran hazırda bu boşluqlarda çox intensiv fəaliyyətdədir. Baxın, enerji sahəsində yeni xətlərin çəkilməsi üçün İran növbəti dəfə Ermənistana milyonlarla vəsait ayırır. Şübhəsiz ki, burada məqsəd həm də Qafqazda öz ayağı üçün yerlər tapmaqdır. İran 1990-ci illərin sonuna doğru Şimali Qafqazdakı proseslərə müdaxilə etmirdi, Çeçenistan, Tatarıstan, Başqırdıstan və digər türk kökənli xalq içərisində Rusiyanın qəzəbini doğurmamaq üçün bu sahədə aktiv deyildi. Orada əsasən Türkiyə və Səudiyyənin mövqeləri özünə yer etməkdə idi. Ancaq son illər İran Rusiyanın Cənubi Qafqazdakı ərazilərinə doğru da baş vurmaqdadır və orada özünün mədəni, ictimai əlaqələrini qurur. Açığı, İran-Ermənistan əlaqələrinə Azərbaycanın reaksiyası nə qədər haqlıdırsa, o biri yandan sadaladığımız dairələr də öz ölçülərini götürməlidirlər. Məsələn, Qərb üçün İranla yenidən savaş açılarsa, onun müttəfiqi olan Ermənistana münasibət necə olacaq? Həmçinin Türkiyə və Rusiyanın baxışı nədən ibarətdir? Yəni İran-Ermənistan məsələsi təkcə Azərbaycanın problemi deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar