Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran denominasiyaya hazırlaşır


İran Mərkəzi Bankı milli valyutanın 1:10 miqyasında denominasiya etməyə hazırlaşır


Bu barədə IRNA agentliyinə Nazirlər Kabinetinin katibi Mohsen Hacı Mirzaeyi məlumat verib.

Mirzaeyi bildirib ki, bu qərar hesablaşmaların asanlaşdırılmasını nəzərdə tutur. Yeni pul vahidi - tümənin hazırkı 10 riala bərabər olması, yəni qiymətlərdən bir "0"-ın silinməsi gözlənilir.
Milli valyutada islahatın iqtisadi komissiya tərəfindən öyrənildiyi və Mərkəzi Banka təqdim edildiyi bildirilir. Qeyd edək ki, tümən 1932-ci ildən İranda tədavüldə olub və daha sonra "rial"la əvəzlənib. Hazırda onun yenidən tərs əvəzlənməsi gözlənilir. Qeyd edək ki, İranın rəsmi milli valyutasının adı "rial" olsa da, xalq arasında demək olar ki, çox vaxt "tümən" sözü işlədilib. Bu da müəyyən çaşqınlıq yaradıb.

Son illərdə baş verən yüksək inflyasiya rialın məzənnəsini xeyli aşağı salıb. Hazırda İranın valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 39 000 riala bərabərdir və bundan sonra isə 3 900 tümənə bərabər olacaq. Qeyd edək ki, rialdan 3, hətta 4 ədəd "0"-ın silinməsi təklifləri müzakirə olunsa da, nəticədə belə radikal qərardan vaz keçilib. (report.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar