Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nüvə sazişindən çıxır - Nə olacaq?


Politoloq: “Əgər bu məsələ həll olunmazsa və Avropa Birliyi İranla müəyyən razılaşmalar əldə etməzsə, həmçinin ABŞ yenə də sanksiyaları tətbiq etməyə davam edərsə, nüvə anlaşmazlığı davam edəcək”


“Əgər İran yenidən nüvə fəaliyyətlərinə bəyan etdiyi kimi bu gündən etibarən başlayarsa və yenidən uran zənginləşdirmə fəaliyyəti həyata keçirilərsə, bu dolayısı ilə o anlama gələcək ki, artıq İran nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən imtina edib”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri İranın dini liderinin ölkəsinin təxirə saldığı nüvə proseslərinin yenidən başlması üçün verdiyi təlimatı PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər veridyimiz kimi İranın dini lideri Ayətullah Xamenei ölkəsinin təxirə saldığı nüvə proseslərinin yenidən start verilməsi üçün hazırlıqların bu gündən etibarən başladılmasına dair təlimat verib. Belə ki, dünən İran İslam İnqilabının qurucu lideri Ayətullah Xomeynini anma mərasimində çıxış edən Xamenei ABŞ-ın İranla 2015-ci ildə əldə etdiyi nüvə razılaşmasından ötən ay imtina edərək İrana qarşı yenidən iqtisadi sanksiyalar başladılmasını tənqid edib.

O, sanksiyalarla bağlı bunları deyib: “Bəzi Avropa ölkələri İranın həm iqtisadi sanksiyaları qəbul edib, həm də nüvə fəaliyyətindən vaz keçməsini istəyir. Bu dövlətlərə səslənirəm: Röyanız gerçəkləşməyəcək. İran xalqı və dövləti həm embarqoda olub, həm də nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını qəbul etməyəcək”. 

Xamenei bildirib ki, Nüvə Enerji Qurumu mövcud nüvə razılaşması çərçivəsində uranın zənginləşdirilməsi yüz doxsan min sentrifuqa çatması üçün dərhal hazırlıqlara başlamalı və prezidentin təlimatını verdiyi digər hazırlıqlar üçün sabahdan etibarən fəaliyyətə keçməlidir.

Bu artıq İranın nüvə sazişindən çıxması deməkdirmi və bundan sonra İranla Avropa Birliyi arasında, o cümlədən Rusiya və Çinlə münasibətlər necə inkişaf edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Miriyə müraciət edib. 

Image result for natiq miri

Natiq Miri: “İranın nüvə fəaliyyətinə başlaması ilə bağlı açıqlaması nüvə müqaviləsi tərəfdaşlarını çətin vəziyyətə salması üçündür”.


İranın müqavilə çərçivəsində nüvə fəaliyyətini dayandırılması ilə bağlı öhdəlik götürməsini və bunun müqabilində iqtisadi sanksiyaların aradan qaldırılmasının razılaşdırılmasını xatırladan politoloq Natiq Miri PİA.AZ-a açıqlamasında əlavə edib ki, bu sanksiyalar yenidən tətbiq olunursa, bu zaman İranın qarşısında yenidən nüvə fəaliyyətinə başlaması üçün heç bir əngəl qalmır. İran rəhbərliyi məhz bu məntiqlə çıxış edərək yenidən nüvə fəaliyyətinə başlamaları ilə bağlı xəbərdarlıq edib:

 “Əgər İran yenidən nüvə fəaliyyətlərinə bəyan etdiyi kimi bu gündən etibarən başlayarsa və yenidən uran zənginləşdirmə fəaliyyəti həyata keçirilərsə, bu dolayısı ilə o anlama gələcək ki, artıq İran nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən imtina edib. Çünki bu öhdəliklərə görə İran uran zənginləşdirmə prosesini dayandırmışdır. Həmçinin bütövlükdə nüvə fəaliyyətini təxirə salmışdı ki, bunun müqabilində də İrana tətbiq olunan iqtisadi sanskiyalar tədricən aradan qaldırılmışdı. 

Amma ABŞ-ın birtərəfli qaydada nüvə müqaviləsindən çəkilməsindən sonra iqtisadi sanksiyalar yenidən İrana tətbiq olunmağa başladı. Maraqlıdır ki, müqavilənin digər tərəfləri, eyni zamanda ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri müqavilədən çıxmadıqlarını bəyan etsələr də, ancaq İranın sanksiyalar çərçivəsində nüvə fəaliyyətini dayandırmasını tələb etdilər. Əslində İran rəhbərliyini də etirazı bunadır ki, əgər İran müqavilə çərçivəsində nüvə fəaliyyətini dayandırılması ilə bağlı öhdəlik götürmüşdüsə, bunun müqabilində iqtisadi sanksiyaların aradan qaldırılması razılaşdırılmışdı. Bu sanksiyalar yenidən tətbiq olunursa, bu zaman İranın qarşısında yenidən nüvə fəaliyyətinə başlaması üçün heç bir əngəl qalmır. İran rəhbərliyi məhz bu məntiqlə çıxış edərək yenidən nüvə fəaliyyətinə başlamaları ilə bağlı xəbərdarlıq edib.

Natiq Miri: “İran məhz bu açıqlamanı verməklə dolayısı ilə topu yenidən nüvə müqaviləsinin digər tərəfdaşlarının meydançasına atdı”.


Bu məsələ bütün dünyanı narahat edə biləcək bir məsələdir. Çünki dünya dövlətlərinin çoxu İranın nüvə fəaliyyətinə başlamasını və yaxın zaman çərçivəsində nüvə silahı əldə etməsini istəmirlər. Xüsusilə də ABŞ və İsrailin digər havadarları İranın nüvə bombasını əldə etdiyi təqdirdə ABŞ-ın strateji müttəfiiq olan İsrailə böyük təhlükə yaradacağı ilə bağlı əndişədədirlər. Düşünürəm ki, İranın nüvə fəaliyyətinə başlaması ilə bağlı açıqlaması nüvə müqaviləsi tərəfdaşlarını çətin vəziyyətə salması üçündür. Çünki İran məhz bu açıqlamanı verməklə dolayısı ilə topu yenidən nüvə müqaviləsinin digər tərəfdaşlarının meydançasına atdı. 

Əgər bu məsələ həll olunmazsa və Avropa Birliyi İranla müəyyən razılaşmalar əldə etməzsə, həmçinin ABŞ yenə də sanksiyaları tətbiq etməyə davam edərsə, düşünürəm ki, nüvə anlaşmazlığı davam edəcək. Nüvə qarşıdurması yenidən yeni səhifədən başlayacaq. Bu da dünyanı yenidən təhlükəli dünya meydançasına atacaq”.

Natiq Miri: “ABŞ-ın özünün İrana hərbi müdaxiləsini gözləmirəm. Çünki bu ABŞ dövləti üçün arzuolunan deyil”.


Eyni zamanda politoloq Natiq Miri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranın nüvə proqramı üzrə İsrailin əldə etdiyi məlumatları araşdırmağa başlaması xəbərinə də münasibət bildirib. Politoloq görə İsrailin iddiası çox şübhəlidir və yarım tonluq bir kəşfiyyat məlumatları sənədinin İran kəşfiyyat orqanlarının xəbəri olmadan çıxarılması yalan olduğu qədər həm də absurddur:

 “Əvvəla İsrailin iddiası çox şübhəlidir. Çünki təsəvvür edir ki, yarım tonluq bir kəşfiyyat məlumatları sənədinin İran kəşfiyyat orqanlarının xəbəri olmadan çıxarılması yalan olduğu qədər həm də absurddur. Bu məsələ o qədər də rahatlıqla meydana gələcək məsələ deyil. Həmçinin belə kəşviyyat məlumatlarının hansısa bir xarabazarlıqda İran tərəfindən saxlanılması və yaxud da zibilliyə atılması ağıla batan iddia deyil. Amma hər bir halda, hətta bu kəşfiyyat informasiyaları doğrudursa belə, düşünürəm ki, bu artıq İran əleyhinə prosesin inkişafına rəvac verə bilər. Ən azından İrana qarşı müxtəlif yöndə hərəkətlərin – həm iqtisadi sanksiyaların, həm də hərbi yöndə müəyyən addımların atılmasına hüquqi zəmin yarada bilər. Yəni bu İran üçün arzuolunan proses deyil. 

Amma bir daha qeyd edim ki, bunun hüquqi cəhətdən sübut olunması o qədər də asan məsələ deyil. Ayrıca bir məsələni də diqqətdən qaçırmaq olmaz ki, ABŞ İran əleyhinə nə qədər atıb-tutsa da, birbaşa ABŞ-ın özünün İrana hərbi müdaxiləsini gözləmirəm. Çünki bu ABŞ dövləti üçün arzuolunan deyil. ABŞ birmənalı olaraq birbaşa heç bir hərbi müdaxilədə iştirak etmək istəmir. Ola bilsin ki, gələcəkdə ABŞ regionda, yəni Yaxın Şərqdəki xəyanətkar bəzi Ərəb ölkələrinin vasitəsi ilə İrana hərbi müdaxilə təşil edə bilər ki, düşünürəm ki, bu məsələnin özü də hələlik problematik görsənir”.  

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar