Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın nüvə sazişi daha 6 ay ləngiyə bilər


Cavad Zərif danışıqları yarımçıq qoyaraq məsləhətləşmək üçün Tehrana qayıtdı, Obama isə İran rəhbərliyinə məktub yazdı


İran və “altılıq” ölkələri arasında iyunun 30-na imzalanması planlanan müqavilə təxirə düşür. 

Avstriyanın paytaxtı Vyanada keçirilən danışıqlar zamanı məlum olub ki, yekun sazişi planlaşdırıldığı kimi iyunun 30-da imzalamaq mümkün olmayacaq. İran mətbuatının məlumatına görə, xarici işlər naziri Cavad Zərif Vyanada XİN rəhbərləri ilə danışıqları yarımçıq qoyaraq məsləhətləşmə üçün Tehrana qayıdıb. Danışıqlar Zərif qayıtdıqdan sonra davam edəcək. 

Müzakirələrin iyulun 9-dək davam edəcəyi planlaşdırılır. Ancaq ümumilikdə ehtimal olunur ki, tərəflər danışıqların müddətini daha 3 və ya 6 ay uzadıblar. İranın nümayəndə heyətinin üzvü bildirib ki, “hələ görüləcək çox işi qalıb. Buna görə də tərəflər iyulun 1-dən sonra da müzakirələri davam etdirəcəklər ki, qaneedici razılıq əldə etsinlər”.

Qeyd edək ki, anlaşmanın əldə olunmaması bir neçə mühüm məsələ ilə bağlı hələ də ortaq mövqenin tapılmamasıdır. Bunlar İrana qarşı sanksiyaların nə zaman ləğv olunması ilə bağlıdır. Məsələ burasındadır ki, ilk günlərdə bu mövzuda fikir ayrılığı ortaya çıxmışdı. İran tərəfi müqavilə imzalandıqdan dərhal sonra embarqoların ləğv olunmasını, ABŞ hökuməti isə tədricən aradan qaldırılacağını bəyan edirdi. 

Razılaşdırılmayan daha bir mühüm məqam İranın raket hərbi komplekslərinin beynəlxalq yoxlamalara açılmasıdır. Qərb ölkələri İranın uzaqmənzilli raket sistemlərinin yoxlanılmasını tələb edirlər. İran isə hərbi obyektlərin təftiş olunmasının nüvə razılaşmasına aid olmadığını bildirir. 

Razılaşdırılmayan daha bir məsələ isə İranın nüvə mütəxəssislərinin beynəlxalq ekspertlər tərəfindən sorğu-sual olunmasıdır. Çox güman ki, bununla ABŞ İranın nüvə sənayesi ilə bağlı detallı məlumat toplamağa çalışır. İran isə nüvə mütəxəssislərini amerikalı ekspertlərin dindirməsinə vermək istəmir. Hətta bununla bağlı ötən həftə İran parlamenti müvafiq qanun qəbul edib. 

İranın nüvə məsələsi ilə bağlı danışıqların uzanması ölkə daxilində də birmənalı qarşılanmayıb. Hökumətə yaxın “islahatçı” media nüvə razılaşması mövzularına ümumiyyətlə, diqqət ayırmadığı halda mühafizəkar camiədən ciddi təpkilər var. Bir sıra yerli müşahidəçilər görə, nüvə danışıqlarının 3 və ya 6 ay uzadılması Həsən Ruhani komandasının marağındadır. Belə ki, bununla nüvə danışıqları İranda parlament seçkiləri dönəminə qədər davam edəcək. Və seçkilər öncəsi (İranda parlament seçkiləri gələn ilin fevralında baş tutacaq – K.R) nüvə anlaşmasının əldə olunması “islahatçılar”ın mövqelərini möhkəmləndirəcək. Yəni mühafizəkar media hökumətin nüvə amilindən seçki kartı kimi istifadə etməyə çalışdığını iddia edir. 

Bu arada mediada ABŞ prezidenti Barak Obamanın İran hakimiyyətinə məxfi məktub göndərdiyi haqda xəbərlər yayılıb. “Report” Agentliyinin məlumatına görə, bu barədə Tehranda çıxan “Həmşəhri” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, İran parlamenti Rəyasət Heyətinin üzvü Mehrdad Bazrpaş faktı təsdiqləyib. O, bildirib ki, məktubu ölkə rəhbərliyinə İranın qonşusu olan dövlətin nümayəndəsi çatdırıb. Onun sözlərinə görə, məktub İranın nüvə probleminə həsr edilib. Qəzet ehtimal edir ki, məktubu İran hakimiyyətinə İraqın baş naziri Heydər əl-İbadi çatdırıb.

Obamanın məktubu parlamentdə geniş müzakirələrə səbəb olub və hökumətə qarşı ittihamlara səbəb olub. Hələlik məktubun mətni açıqlanmasa da, məsələ parlamentdə qarşılıqlı ittihamlara səbəb olub. Məsələ ondadır ki, məktub barədə məlumatı ilk olaraq müxaliflər ortaya çıxarıblar. O cümlədən məktubun konkret olaraq kimə ünvanlandığı bilinməsə də, ehtimal olunur ki, daha əvvəl olduğu kimi, bu dəfə də Obama İran ali dini lideri Ayətullah Seyid Əli Xameneyiyə ünvanlayıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar