Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın prezidenti qadın olacaq? – Təhlil


Cəbhəçi Mərziyə Dəstcerdinin yolunu ancaq bir ərəb sözü kəsə bilər


Əziz Rzazadə

Həftə boyu İranın bütün aparıcı xəbər qaynaqlarının manşetləri İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi Partiyasının (İİQXCP) toplantısı barədə başlıqlarla bərq vururdu.

“Tasnim”, “Mehr”, “Fars” və digərləri qısa zamanda hamını özü barədə danışmağa məcbur edən yeni siyasi qurum və cəbhəçilərin müxtəlif mövzularda açıqlamaları ilə aşıb-daşırdı.

“Xalq Cəbhəsi”nin cazibəsini artıran bəzi məqamlar həqiqətən vardı.

Əvvəla, ilkin sayı 50 nəfər olan prezidentliyə namizədləri. Bu sayı 25 nəfərə endirən partiya sonda seçkiyə 10 əsas namizədlə qatılmaq qərarına gəldi.

Prezident Həsən Ruhaninin müşaviri və Nümayəndələr Partiyası Mərkəzi Şurasının üzvü Cahanbəxş Xancani “Tweeter” hesabında buna kinayəli rəy verdi: “10 nəfər futbol yarışı üçün kifayət deyil. Özlərinə bir qapıçı da seçsinlər”.

İkinci məqam təxminən iki min nəfərin iştirakı ilə Xalq Cəbhəsi Baş Məclisinin seçkisi idi. Təxminən 3 min üzvün iştirakı ilə keçirilən seçkidə 2521 bülleten etibarlı sayıldı. Və… 30 namizədin arasında ən çox səsi Mərziyə Vəhid Dəstcerdi (2270) qazandı.

Nəticə gözlənilməz idi: Qulaməli Həddad Adil (1976), Mehdi Çəmran (1953), Məhəmməd Hüseyn Rəhimian (1949), Mehdi Məhəmmədi (1733) kimi bir çox tanınmış simalar geridə qalmışdı.

İranda mayın 19-da keçiriləcək prezident seçkilərində mümkün ilk qadın namizəd – Mərziyyə Vəhid Dəstcerdi siyasətdə naşı adam deyil. O, parlament üzvü olub və Mahmud Əhmədinejad hökumətində Səhiyyə və Tibbi Təhsil Nazirliyinə qısa müddət (2009-2012-ci illər) rəhbərlik edib.

Sabiq prezidentlə münasibətlərinin tərs gəlməsində Laricani qardaşlarından birinin, daha dəqiq, Baqir Laricanini təqsirkar bilirlər. Necə olursa-olsun, istefasından sonra xanım Dəstcerdi tibdən tam uzaqlaşmayıb və peşə fəaliyyətini davam etdirib. Daha sonralar, 2015-ci ilin aprelində Ayətullah Xamnei onu İmam Xomeyni İmdad Fondunun idarə heyətinin üzvü təyin edib.

Belə baxdıqda, M.Dəstjerdinin İranın ilk qadın prezidenti olmaq yolu açıqdır. Amma…

“Al Monitor” eksperti Səid Cəfəri diqqəti İran Konstitusiyasının 115-ci maddəsinə yönəldir. Bu maddə dövlət başçılığına namizədin “dini və siyasi rical [dövlət] xadimləri arasından irəli sürülmə”sinin vacibliyini vurğulanır.

Hazırda müzakirələrin əsas məqamı da məhz budur. Çünki ərəb mənşəli “rical” sözü “kişi” və “şəxsiyyətlər” mənaları verdiyindən M.Dəstcerdinin Nəzarətçilər Şurasının (“Şuraye Negəhban) süzgəcindən keçib-keçməyəcəyi bəhsi gedir.

Nəzarətçilər Şurasının bir çox ekspertləri ərəb sözünün hərfi tərcüməsinə üstünlük versə də, qadın namizədin irəli sürülməsində problem görməyənlər də az deyil.

Məsələn, Nəzarətçilər Şurasının sözçüsü Abbas Əli Kədxudai “qadınların prezidentliyə namizədliyinin qeydiyyatda heç bir maneə yoxdur”, – deyib.

Cəbhənin nəzəriyyəçilərindən olan Məhəmməd Rza Bahünər də “rical”ın həm kişi, həm də qadınlara şamil olunduğu fikrindədir.

Mərziyə Dəstcerdinin Həsən Ruhaniyə potensial rəqib ola biləcəyini “HabarOnline”a müsahibəsində parlamentin mühafizəkar üzvü Acorlu da təsdiqləyib: “Nəzarətçilər Şurasının yaşıl işığı ilə xanım Dəstcerdinin növbəti prezident seçkilərində iştirakı mümkündür”.

Hətta islahatçılar düşərgəsində M.Dəstcerdiyə potensial namizəd kimi baxırlar. Məsələn, islahatçı, parlamentdə qadın fraksiyasının rəhbəri Pərvanə Salarşuri deyib ki: “Onun iştirakı yaxşı fikirdir. Lakin xanımın harizması yoxdur və Ruhanini əsla məğlub edə bilməz”.

Səid Cəfərinin fikrincə, Ruhani administrasiyası yaxın KİV-lərin M.Dəstcerdini potensial rəqib kimi nəzərdən keçirmələrinin iki səbəbi var: birincisi, bu, İranın beynəlxalq imicini yaxşılaşdıracaq; ikincisi, o, təhlükəli iddiaçı olmayacaq.

Bəlkə də bu, həqiqətən belədir. Eləsə Xalq Cəbhəsinin özündə M. Dəstcerdinin mümükn namizədliyinə niyə bu qədər qısqanc münasibət var. Məsələn, Möhsün Rzai mühafizəkar düşərgəyə yaxın “Tabnak”a açıqlamasında M.Dəstcerdinin namizədliyi ilə bağlı hay-küyü Xalq Cəbhəsində “çaşqınlıq yaratmaq cəhdi” kimi dəyərləndirib.

İran siyasət ilə tanış olan hər kəs son anda gözlənilməz gedişlərin baş verdiyini bilir. Üstəlik əgər Türkiyədə orduda xidmət edən qadınlara hicab izni verilirsə, Azərbaycanda qadın birinci vitse-prezident təyin olunursa, İranda qadın siyasətçi niyə də prezident seçilməsin?... (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar