Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvan daha bir fırıldağa əl atır


İrəvan Bakıdan Qarabağa görə daha çox pul qoparmaq fikrinə düşüb


İrəvan işğal etdiyi Azərbaycan torpaqlarına ayırdığı maliyyə resursları ilə bağlı daha sərt siyasətə keçib.

Ans press-in məlumatına görə, Ermənistan büdcəsindən işğal rejimi üçün kredit kimi ayrılan vəsaitlərin faiz dərəcəsi 2015-ci ilin ikinci rübündə 800 dəfə qaldırılıb. 

“Haykakan jamanak” qəzetinin yazdığına görə, Dağlıq Qarabağın maliyyələşdirilməsi indiyə kimi ucuz büdcə kreditləri şəklində gerçəkləşdirilirmiş və faiz dərəcəsi çox aşağı (0,01%) təşkil edirmiş. Həmin borcların geri qaytarılması isə ildən-ilə təxirə salınırmış. 

İlkin razılaşmaya görə, 2015-ci ildə İrəvan işğal rejiminə illik 0,01%-lə 45 milyard dram verməli idi. Amma hazırda Serj Sarkisyan hakimiyyəti həmin pulu xarici valyutaya çevirib. Beləliklə, İrəvan bu il Dağlıq Qarabağdakı işğal rejiminə 120 milyon dollar verəcək və bunu illik 8 faizlə rəsmiləşdirəcək. 

Erməni mətbuatı Serj Sarkisyan hakimiyyətinin bu addımının səbəblərini anlaya bilmir. Amma, görünür, İrəvan Dağlıq Qarabağı Azərbaycana qaytarmaqdan başqa bir yolu qalmadığını anlayır və bu prosesdən maksimum fayda ilə çıxmağa çalışır. 

Məntiq də aydındır, Dağlıq Qarabağı geri götürən Azərbaycan onun borclarına da sahib çıxmalıdır. Təbii ki, İrəvanın Dağlıq Qarbağa borc kimi verdiyi pulları da ödəməlidir. Özü də bu pullar elə də kiçik deyil, borcların əsas hissəsi kobud hesabla 21 illik müddət üçün təxminən 2,5 milyard dollar təşkil edir. Amma faiz dərəcələri qaldırılarsa, bu, borcu maksimum artırmağa imkan yaradar. Qarabağı geri verən ermənilər əlavə xərcdən can qurtarmaqla yanaşı, 3 milyard dollara yaxın əlavə valyuta ehtiyatı qazanacaq. Bu, isə Ermənistanın təxminən illik büdcəsi qədərdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar