Ermənistan paytaxtı İrəvanda Rusiyaya məxsus “VTB Bank”ın filiallarından birinə silahlı hücum olub
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, məlumatı Ermənistan polisi təsdiqləyib.
Qurumun KİV-lə əlaqələr üzrə idarəsinin rəisi Edqar Canoyan bildirib ki, bankın Baqramyan prospekti 56 ünvanında yerləşən filialına hücum olub.
O, qeyd edib ki, hücumla bağlı siqnal idarəyə yerli vaxtla təxminən saat 16:00 radələrində daxil olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
pia.az