Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanda etirazı Sərkisyan özü təşkil edib


"Ermənistandakı proseslər belə zəif sürətlə davam edirsə, deməli, bu, uydurulmuş bir ssenaridir və iki məqsədi var: Sərkisyanın Rusiyaya təzyiqinin təmin edilməsi və ən əsası, onun danışıqlar prosesinə qatılmasının əngəllənməsi"


Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri bildirib ki, Ermənistanın əsas niyyəti məhz danışıqlar prosesinin pozulmasıdır:
 
Azərbaycanın razı olmadığı və Rusiyanın təklif etdiyi yol xəritəsinə Ermənistan heç hazır deyil. Halbuki biz bunun tamamilə yenidən işlənməsini və Azərbaycanın ərazi bütövlüyünü nəzərə almaqla yerinə yetirilməsini tələb etmişik. Düzdür, Ermənistanda Sərkisyan hökumətindən narazılıq var. Xüsusən də yerli ermənilər “Qarabağ klanı” deyilən, Qarabağdan gəlmə ermənilərindən narazıdırlar. Hərəkatların miqyasının zəif olması və özəlliklə, Levon Ter Petrosyan, Dəmirçiyan kimi müxaliflərin prosesə qatılmaması çox ciddi şübhələr doğurur. Fikir verin, danışıqlar prosesi yaxınlaşdıqca Ermənistanda bu qarışıqlığın miqyası bir az da genişlənir. İrəvanda baş verənlər bəlli ssenaridir. Əgər Sərkisyanı devirmək istəyirlərsə, onda bütün İrəvan qarışmalıydı. Vaxtilə İrəvana Gümrüdən tutmuş ta cənub şəhərlərinə qədər, hər yerdən müxaliflər qoşulur, ümumilli etiraz dalğası bütün ölkəni bürüyürdü. İndi isə 8 nəfərin çıxışı ilə başlayan və 200-300 adamın iştirakı ilə bir müxalif hərəkat həyata keçirilir. Hesab edirəm ki, bu qədər kiçik bir hərəkatı yatırtmaq xüsusi qüvvələrin əlində uzağı yarım saatlıq bir işdir. Adi polis qüvvələri belə İrəvandakı etiraz dalğasını beşiyindəcə boğa bilər. Bütün bunlar baş vermirsə, bu idarəedilən proses anlamına gəlir”.
 
Politoloqun fikrincə, Qarabağ klanına qarşı mübarizə prosesinə müxalifətin çox qarışmaması və yaxud öz üzvlərini sərbəst buraxmaq taktikası göstərir ki, onlar bu məsələyə ciddi yanaşmırlar:
 
“Halbuki İrəvanda müxalifət üçün bu gün çox əlverişli bir situasiya yetişib və istənilən vaxt erməniləri ayağa qaldırmağa əllərində kifayət qədər səbəblər var. Ancaq bunların heç biri baş vermir. Bir neçə gün də gözləmək lazımdır. Əgər proseslər belə zəif sürətlə davam edərsə, bunun uydurulmuş bir ssenari olduğu tam çılpaqlığı ilə üzə çıxacaq. Paris görüşünü pozmaqla sülh prosesinə kölgə salmağa çalışırlar. Çünki sosial etirazlar cüzi bir qığılcama bənddir ki, bütün ətrafı alova qərq etsin. Əgər İrəvanda bunun əksi baş verirsə, deməli, Ermənistandakı qəribə sosial etirazlar birbaşa idarəedilən proseslərdir”.
 
Qeyd edək ki, ErmənistanAzərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.
 
Bir müddət öncə “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Səfilyanın tərəfdarları Erebunidəki Patrul-mühafizə alayının binasına hücum ediblər. Binanı ələ keçirən qiyamçılar J.Səfilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar