Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanın artan müharibə təlaşı, Bakının “B planı”...


Ermənistanın yeni rəhbərliyinin Qarabağ məsələsində davranışı müharibəni qaçılmaz edir; işğalçı ölkənin Təhlükəsizlik Xidmətinin katibi: “Qarabağda bizim problemlərimiz var...”


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun jurnalistlər üçün son brifinqdə silahlı qüvvələrimizlə bağlı verdiyi açıqlamalar, şübhə yox ki, öncəliklə işğal altındakı ərazilərimizi “su yolu”na döndərmiş erməni baş nazir Nikol Paşinyan və prezident Armen Sərksiyana xəbərdarlıq mesajlarıdır. Onların təxribatçı, faktiki, müharibə çağırışı anlamı verən bu kimi hərəkətlərinə özünəməxsus cavabdır.

Aydındır ki, belə qanunsuz səfərlər düşmənin “həm qorxmaq, həm də qorxutmaq” ovqatına dəlalət edir. Başqa sözlə, işğalçı ölkənin yeni rəhbərliyi bir yandan guya Dağlıq Qarabağa da nəzarət etdiyini nümayiş etdirmək istəyir, o biri yandan isə Azərbaycan ordusunun hər an hərəkətə keçməsindən dolayı haqlı təlaş keçirir. Bütövlükdə işğalçı ölkənin sülh danışıqlarından qaçan yeni rəhbərliyinin davranışı müharibəni günbəgün yaxınlaşdırmaqdadır.

*****

“Dağlıq Qarabağda yaşanan qalmaqallı vəziyyət səngimək bilmir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a araşdırmaçı-jurnalist  politoloq Tofiq Abbasov Dağlıq Qarabağdakı vəziyyətlə bağlı şərhində deyib.

“Qarabağda hərbi xunta rəhbərləri, insanları qarət edən və mənfur separatçılığa yol verən ünsürlər faktiki olaraq oradakı əhalini kazarma rejimi şəraitində xeyli məhrumiyyətlərə məruz qoyublar. Bu baxımdan Ermənistan siyasi elitası Qarabağın ”müdafiəsi" ilə bağlı elan olunmamış səfərbərlik keçirir. Bu, hətta Nikol Paşinyanın oğlunu Qarabağda hərbi xidmətə göndərməsi timsalında da təsdiqini tapır. Çünki İrəvanda rəhbər personalar və qondarma rejimin başçısı 25 ildən artıqdır ki, davam edən bu mifik layihənin bir anda partlaya biləcəyindən ehtiyat edirlər", - deyə politoloq bildirib.

Politoloq bu fonda Azərbaycanın ciddi və ardıcıl hərbi hazırlıqlara üstünlük verməsini yüksək qiymətləndirir: “Bu onu göstərir ki, Bakı ”B planı" üzərində çalışır. Əgər Ermənistan danışıqlar prosesini iflic vəziyyətinə salsa, onda Azərbaycan “B planı”nı həyata keçirməyə məcbur olacaq. Artıq son proseslər də ondan xəbər verir ki, vəziyyət daim belə qala bilməz".

*****

Şübhə yox ki, Azərbaycan milyardlar xərcləyib aldığı müasir bahalı silah-sursatı və döyüş sistemlərini əbədi olaraq anbarlarda saxlamaq niyyətində deyil. Bir gün bu silahlar düşmənin başına mütləq od saçacaq. İşğalçı isə ümidini Rusiyaya, öz ərazindəki rus hərbi bazasına bağlayıb. Lakin Azərbaycan Ermənistana hücum eləməyə hazırlaşmır. 

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, yaranmış vəziyyətdə Ermənistanın ümid etdiyi yeganə hərbi qüvvə öz ərazisində olan Rusiya bazalarıdır: “Amma onlar da Azərbaycan sərhədləri daxilində hər hansı bir prosesdə iştirak edə bilməz. İndi Azərbaycan Silahlı Qüvvələri də hər mənada tamam fərqlidir. Bu gün ordumuzun hazırlığı ən yüksək səviyyədədir. Müdafiə Sənayesi Nazirliyinin hazırladığı silah-sursatlar və Azərbaycanın xaricdən aldığı hərbi texnikalar ordumuzun gücünə güc qatır. Bu silahlar qarşısında Ermənistan acizdir. Bu gün bizim imkanlarımız kifayət qədər genişdir. Ordumuz həm şəxsi heyətin sayına, həm də silah-sursat və texnikasına görə Ermənistanı qat-qat üstələyir”.

Əfsuslar olsun ki, bu əzici üstünlüyü Azərbaycan hələ ki maddiləşdirə bilməyib. Yəni torpaqlarımız işğal altında qalmaqda davam edir. Sözsüz ki, əsas əngəl Rusiya amili olaraq qalır. Moskva öz forpostunun arxasında zor-xoş durmaq imperativi qarşısındadır. Odur ki, Bakı böyük antiterror əməliyyatı üçün ən əlverişli fürsət yetişənə kimi gözləməyə məhkumdur.

Ona kimi isə lokal hərbi əməliyyatlarla, “addım-addım” taktikası ilə ərazilərimizin azad edilməsi davam etməli, düşmən daima ciddi canlı və texniki itkilərə məruz qoymalıdır, necə ki, edilir. İşğalçı daim hiss eləməlidir ki, yad torpaqlarda ona heç vaxt aman olmayacaq, Azərbaycan ərazisi işğalçılara gec-tez məzar olacaq.

Başqa yandan, siyasi ekspertlərə görə, qərbyönlü Paşinyan hökuməti gec-tez Moskvanın qəzəbinə gələcək və o zaman Kreml Ermənistanı cəzalandırmaqdan ötrü Bakıya müvəqqəti də olsa, “yaşıl işıq” yandıra bilər.

*****  

“Demək olmaz ki, təmas xəttindəki vəziyyət əvvəlkindən güclü şəkildə fərqlənmir. Azərbaycan ön xətdə hərbi qüvvələrin yerdəyişməsini davam etdirir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan AzadlıqRadiosuna açıqlamasında işğalçı ölkənin baş naziri və prezidentinin Qarabağa qanunsuz səfərlərini və münaqişə zonasındakı son durumu şərh edərkən bildirib.

“Biz Azərbaycan ordusunun hərəkətlənməsini diqqətlə izləyirik ki, situasiyanın kəskinləşməsinə imkan verməyək. Bütövlükdə deyə bilərəm ki, gərginlik bir qədər artıb, bizim problemlərimiz var”, - deyə erməni rəsmisi təlaşını gizlətməyib.

Bu açıqlama bir daha düşmən tərəfdə müharibədən dolayı narahatlığı aydın şəkildə büruzə verir. Artıq neçə gündür işğalçı ölkənin mediası, hərbi və siyasi ekspertlər Azərbaycan ordusunun cəbhə xəttinə yeni qüvvələr cəm eləməsi haqda yazır. Gələn xəbərlərə görə, Azərbaycanın həmsərhəd zonada yeni raket-artilleriya birləşməsi yaratması düşmənin yuxusunu daha da artırıb.

Əlbəttə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad eləmək üçün öz ərazisində istədiyi hərəkəti eləməyə, o sırada yeni hərbi strukturlar və birləşmələr yaratmaq, hərbi birləşmələrin uğurlu dislokasiyasını təmin eləmək haqqına sahibdir. İrəvan bu situasiyadan narahatdırsa, böyük müharibə arzulamırsa, o zaman çıxış yolu bəlli: işğal altındakı əraziləri qeyd-şərtsiz azad eləməyə başlasın.

İlkin mərhələdə bu, Dağlıq Qarabağ ətrafındakı 5 rayon ola bilər. Bunun ardınca Ermənistanın Türkiyə və Azərbaycan tərəfdən nəqliyyat- kommunikasiya blokadası götürülə, o, regiondakı böyük inteqrasiya proseslərinə qoşula bilər. Paşinyanın öz xalqına verdiyi və reallaşması mümkün olmayan boş vədləri ilə müqayisədə, bu, erməni xalqını rifaha qovuşduracaq ən real və optimal yoldur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar