Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanın yeni təlaşı - Azərbaycan Avropa Şurasından çıxsa...


Prezident İlham Əliyevin təşkilatda üzvlüklə bağlı son açıqlaması işğalçı ölkədə narahatlıq yaradıb; erməni nəşri: “Qurumu tərk eləmiş Azərbaycan Ermənistan üçün daha təhlükəli olacaq...”


Noyabr ayı xeyli dərəcədə Azərbaycanın Avropa Şurası və Avropa Birliyi ilə (AB) münasibətlərinə aydınlıq gətirə bilər. Xəbər verdiyimiz kimi, bir həftə sonra - noyabrın 24-də Brüsseldə AB-nin “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılacağını bildirib.

Sammitə kimi 2 dəfə qurumun böyük nümayəndə heyətləri Bakıda olub, Azərbaycan tərəfi ilə AB ilə imzalanması nəzərdə tutulan çərçivə sənədi ilə bağlı müzakirələr aparıblar. Ölkə başçısı tərəfindən qəbul ediliblər. Bu müzakirələrdə Bakının yanaşması, tələb-şərtləri ilə, o sırada Dağlıq Qarabağla bağlı şərtlə tanış olublar.

Avropa Şurası ilə münasibətlər sahəsində isə vəziyyət bir qədər mürəkkəbdir. Bu da ilk növbədə son vaxtlar Azərbaycan əleyhinə aparılan, erməni dairələrin də qatıldığı qarayaxma kampaniyası ilə bağlıdır. Həmin kampaniya xüsusən də REAL sədri İlqar Məmmədovun həbsi bəhanə edilərək güclənib. Hətta Azərbaycanın Avropa Şurasından çıxarılacağı ilə bağlı təklif səslənib və noyabrın 29-dək Bakıya vaxt verilib.

Rəsmi Bakı təbii ki, bütün bunların fərqindədir. Ümid edək ki, yekun etibarilə optimal çıxış yolu tapılacaq və Avropa Şurası Azərbaycanı itirməyəcək. Hər necə olmasa, bu təşkilat Azərbaycana da lazımdır - ən azı, beynəlxalq tribunalardan biri kimi. Yeri gəlmişkən, bizdə ölkənin bu qurumdan çıxmasını tələb edən siyasətçi, ekspert yoxdur.

Bu günlərdə məsələyə İlham Əliyev bir daha münasibət bildirib. Prezident ölkənin Avropa Şurasına könüllü şəkildə üzv olduğunu xatırladaraq, könüllü şəkildə də oranı tərk edə biləcəyini söyləyib. Sitat: “15 ildən çoxdur ki, biz Avropa Şurasının fəal üzvü olmuşuq. Ancaq son zamanlar bu strukturun baş katibinin (Torbyom Yaqland - red.) fəaliyyəti nəticəsində Azərbaycanla Avropa Şurası arasında süni böhran yaranıb. Bu böhranın səbəbkarı biz deyilik. Biz sadəcə, əleyhimizə aparılan ədalətsiz və ikiüzlü siyasətə qarşı müxtəlif tədbirlər həyata keçiririk. Əgər böhran dərinləşərsə, Azərbaycan öz seçimində sərbəst olacaq”.           

*****

Maraqlıdır ki, Azərbaycanın dövlət başçısının ölkənin Avropa Şurasından çıxa biləcəyi ilə bağlı son açıqlaması İrəvanda narahatlıqla qarşılanıb. Bu xüsusda 1 in.am nəşrinin siyasi şərhçisi Sarkis Arsruni “Bakının Avropa və Qarabağ istiqamətində hücumu” sərlövhəli məqaləsi həm də erməni siyasi isteblişmenti və ekspert çevrələrinin bu məsələdə nə düşünməsi baxımından önəm kəsb edir.

Musavat.com-un məlumatına görə, müəllif yazır: “Ermənistanda xeyli siyasi xadim və ekspert var ki, Avropa Şurasının Azərbaycana qarşı sanksiyalar qəbul eləməsi və hətta onu təşkilatdan çıxaracağı ilə bağlı az qala, vəcdə gəliblər. Ancaq belə perspektiv gerçəkdə nəinki sevinməyə əsas yaradır, hətta Qarabağ prosesində və regional təhlükəsizlik nöqteyi-nəzərindən müəyyən risklər və təhdidlər vəd edir”.

Erməni şərhçi səbəbi belə izah edir: “Məsələ ondadır ki, İlham Əliyevin və Azərbaycanın digər hakimiyyət yetkililərindən ritorikasından asılı olmayaraq və Avropa Şurası qərarlarının imperativ gücdə olmamasına rəğmən, Avropa Şurasının üzvü olan Azərbaycan istənilən halda daha proqnoza yatımlı siyasət yürüdür. Başqa yandan, o halda Azərbaycan Rusiyaya daha çox yaxınlaşacaq ki, bu da obyektiv olaraq, Qarabağ məsələsində Rusiya ilə Azərbaycan arasında antierməni anlaşması ehtimalını gücləndirəcək. Özü də bu, o anlama gəlmir ki, Bakı Moskvanı nəyəsə inandırmalı olacaq. Çox mümkündür ki, Azərbaycan Rusiya üçün Ermənistanla münasibətlərdə və Dağlıq Qarabağ konflikti zonasına rus sülhməramlılarının yerləşdirilməsi üçün bir təzyiq vasitəsi olacaq. Azərbaycan Dubinka rolunda çıxış edəcək”.

Müəllif bu kontekstdə daha sonra xarici işlər naziri Elmar Məmmədyarovun dünənki Moskva səfəri öncəsi Bakıda verdiyi açıqlamaya diqqət yönəldib. “Təsadüfi deyil ki, Əliyevin anti-Avropa ritorikası fonunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin ünvanına Azərbaycan XİN-in bacısı Elmar Məmmədyarov da təhdid səsləndirib. Nazir deyib: ”Müzakirə olunacaq məsələlər masa üstündədir. Biz istəyirik ki, danışıqlar naminə danışıqlar aparılmasın. Hətta tələb edirik ki, konkret nəticə olsun. Prezidentlərin görüşündə də qeyd edildi ki, danışıqlar intensiv xarakter alsın. Münaqişənin həllinin vaxtı çatıb. Hamı bilir ki, danışıqlar nəticəli olmalı, məcburi köçkünlər geri qaytarılmalı və sülh bərpa edilməlidir. Azərbaycan təkid edir ki, məsələni yerindən tərpədək. Mən Moskvaya bu mövqe ilə gedirəm". Beləcə, Azərbaycan mahiyyət etibarilə həm Avropa, həm də Qarabağ cəbhəsində total hücuma  keçib", - deyə erməni şərhçi qeyd edib.

*****

Düşmən tərəfin Azərbaycan haqda nə düşündüyü əsas olmaya bilər. Çünki Ermənistan onsuz da Rusiyanın girovudur və Qarabağ məsələsində Kremlin diktəsi ilə hərəkət edir. Hərçənd, Moskva hansısa maraqlardan ötrü İrəvanı daha sözəbaxan etmək üçün “Qarabağ kartı”ndan da istifadə edə bilər - ötən ilin aprelindəki kimi. Qalır Moskvanın bu qəbildən istəklərini Azərbaycanın vaxtında və düzgün qiymətləndirməsi - Avropa Şurasında üzv olsaq da, olmasaq da...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar