Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbər Azərbaycana döndü

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Ukraynadan Azərbaycana qayıdıb


Bu barədə məlumatı musavat.com-a partiya başqanının oğlu İlkin Qəmbər verib.

Müsavat lideri Kiyevə dekabrın 14-də, Avromaydan hərəkatçılarına Azərbaycanın demokratik ictimaiyyəti adından həmrəylik nümayiş etdirmək üçün getmişdi.

Dünən Kiyevdəki Müstəqillik Meydanında yüz minlərlə nümayişçinin qarşısında etdiyi çıxışında İsa Qəmbər bir daha Azərbaycan xalqının, ölkənin demokratik düşərgəsinin öz haqqı uğrunda mübarizəyə qalxan dost Ukrayna xalqının yanında olduğunu bəyan edib. Onun çıxışı canlı olaraq əksər yerli telekanallar tərəfindən yayımlanıb, maraq və coşqu ilə qarşılanıb.

Müsavat başqanı səfər çərçivəsində həmçinin, onunla eyni gündə Kiyevdə olan nüfuzlu amerikalı senator Con Makkeynlə, Ukrayna siyasi müxalifətinin bir sıra ünlü şəxsləri ilə görüşlər keçirib.    

İsa Qəmbəri səfərdə onu müavini Gülağa Aslanlı müşayiət edib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar