Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbər üçün yeni status...


Müsavat Divanının üzvü Nüşabə Sadıqlı partiyanın VIII qurultayında İsa Qəmbərə başqandan da üstün rəsmi post verilməsi ilə təklifi ilə çıxış edəcəyini bildirib.


Həmin təklif qurultayda qəbul edilərsə, bu, İsa Qəmbərin partiyada baş verən bütün məsələlərə müdaxilə edə bilməsi ilə nəticələnəcək. N. Sadıqlı təklifiylə həmfikir olan şəxslərin olduğunu da vurğulayıb.

Qafqazinfo” səsləndirilən təkliflə bağlı Müsavat başqanlığına namizəd olan Tural Abbaslı və Arif Hacılının fikrini öyrənib.

T. Abbaslı təklifi irəli sürənlərin fikrinə hörmətlə yanaşdığını bildirib: “İsa bəy dəfələrlə bildirib ki, onun təsis olunacaq hər hansı statusa ehtiyacı yoxdur. Düşünürəm ki, İsa Qəmbərin şəxsi siyasi nüfuzu kifayət qədərdir.

İstənilən vaxtda məsələlərə müdaxilə etmək iqtidarındadır. Mən inanmıram ki, hansısa müsavatçı İsa Qəmbər bir postda təmsil olunmasa, onu qəbul etməsin. Bu təklifi praktiki cəhətdən müzakirə etsək, burada nüfuz parçalanmasının şahidi ola bilərik. Belə ki qurultay keçirilir, yeni başqan seçilir, bundan əlavə də başqanın səlahiyyətlərindən üstün post yaradılır. Dolayısilə başqanın hüquqi olaraq idarəetmə səlahiyyətləri azalır. Bu da gələcəkdə partiyada iki tirəliyin, fikir ayrılığının yaranmasına səbəb ola bilər.

Nüfuzsuz bir başqanın da hansısa məsələlərdə uğur əldə etməsi mümkün deyil. Odur ki partiyanın bir başqanı olar və onu da qurultay seçər. Əgər İsa bəy yenidən başqan olmaq istəsə, biz qurultayda bu təklifi səsləndirə bilərik. Nizamnaməyə dəyişiklik edərik. Mən özüm İsa bəyin yenidən başqan seçilməsinə səs verə bilərəm. Amma xüsusi səlahiyyət verərək mövcud başqanın səlahiyyətlərinin şübhə altına alınmasının tərəfdarı deyiləm”.

Partiya başqanlığına digər namizəd Arif Hacılı isə bu istiqamətdə hər hansı təklif olacaqsa və İsa Qəmbər həmin təklifi məqbul hesab edcəksə, təklifin qurultayda mütləq səs çoxluğu ilə qəbul olunacağını qeyd edib: “Təbii ki bizim tərəfimizdən də bu təkliflərlə əlaqədar hər hansı problem ola bilməz. Biz onsuz da vahid komanda olaraq fəaliyyət göstəririk. Qurultaydan sonra da vahid komanda kimi fəaliyyət göstərmək niyyətindəyik. Çünki bu seçkilər digər seçkilərdən fərqli olaraq partiya daxili seçikilərdir. Hesab edirəm ki, heç bir problem ola bilməz”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar