Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa bulağındakı villanın sahibi



Gündəmin baş mövzusu “Dostluq” parkında sökülən “sahibsiz” villalardır


Bakının cənub girişində buldozerə verilən milyonlar nəinki penoplast üzlüklərin sökülməsini, hətta ermənilərin Qubadlının Xanlıq kəndində, Həkəri çayı sahilində saldıqları qəsəbəni də arxa plana keçirib. Başımız dəbdəbəli həyat yaşayanların ölkəyə yaşatdığı faciələrə elə qarışıb ki, Qarabağdakı naməlum və qanunsuz tikililərə vaxt ayıra bilmirik.  

Görün nə vəziyyət yaranıb ki, hətta bir neçə il əvvəl ölkə başçısı həmin ərazidə tikintilərin dayandırılmasına göstəriş versə də, o zaman üçün bu tapşırığa əməl olunsa da, üstündən illər keçəndən sonra yenə də hansısa fövqəladə cəsarət sahibləri orda villa-saray ucaltmaq “iqtidarında” olublar. Ancaq hər kəs bilir ki, divara mıx vurmaq da üçün kimlərinsə izni olmalıdır. 

Hər halda, adını belə qoyublar - “sahibsiz”. Təbii ki, burada ölkə başçısının sərt mövqeyi olduğu üçün nə Heydər Əliyevin saldığı parkın torpağını torba ilə daşıtdıranlar - icazə verənlər, nə də icazə alıb villa ucaldanlardan səs-səmir gəlmir. Kim istər kəndiri könüllü boynuna keçirsin? Ancaq dəyəri milyonlarla ölçülən villa sahiblərinin bununla müflisləşdiyini, küçədə gecələmək məcburiyyətində qaldığını da düşünmək sadəlövhlükdür. Olmasın bir villa... 

Hacıbala Abutalıbov deyib ki, ərazidə 42 villa söküləcək. Orta hesabla 42 milyon. Təbii ki, bu pullar xalqdan və dövlətdən oğurlanıb, mənimsənilib. Əks təqdirdə heç kim zəhmətinin bəhrəsi, əlinin qabarı olan evinin yerlə bir edilməsinə bu qədər sakit şəkildə seyrçi qalmazdı.   
Azərbaycana bax, beləcə zərbələr vurdular bu illərdə. Təpə görən kimi oranı rahatladıb yerində dağ boyda villa-saray tikdirənlər, bulaq görən kimi suyunu qəsb edənlər, meşəni hasarlayanlar, dənizi çəpərləyənlər təkcə xalqı soymadılar bu illərdə, həm də dövlətin imicinə zərbə vurdular. 

97 il öncə ölüm təhdidi altında Azərbaycan dövlətini quran kişilərin heç ağlına gəlməzdi ki, bir zaman gələcək bu məmləkətin sərvətlərindən bəhrələnənlər onun imicini beş qəpiklik etməyi özlərinə rəva biləcəklər. Barı heç olmasa bu milyonlar xalqın irili-xırdalı problemlərinin həllinə sərf olunaydı, Azərbaycanın dünyada normal dövlət və cəmiyyət olaraq tanıdılması üçün xərclənəydi...

Bu yaxınlarda cəbhə bölgəsinə getmişdik. Rayon mərkəzindən başlayaraq ön cəbhəyə qədər olan təqribən 10 km-lik yol bərbad vəziyyətdə idi. Heç olmasa daş-çınqıl da döşənməmişdi. Biz ki, burada qonaq deyilik, niyə yol çəkmirik? Sabah, inşallah, torpaqları ala-ala Xankəndinə getməyəcəyikmi? Onda yolun çəkilişini də davam etdirərik. 

Bizim xaricdə, ya daxildə yaşayan oliqarxlar Qarabağ üçün nə qədər yatırım qoyub bilən varmı? Bəlkə hansısa biri yol, qaz, işıq çəkib? Bütün məsələləri dövlətdən tələb etmək bəlkə də insafsızlıqdır. Katibəsinə milyonluq villa bağışlayan oliqarx niyə Silahlı Qüvvələrə Yardım Fonduna 50 manat köçürməyi düşünmür?

Məsələn, amerikalı erməni milyonçu Narek Arutyunyan  Kəlbəcərdə öz vəsaiti hesabına ermənilər üçün kənd salmışdı. Kerkor Kerkoryan “Artsax” Fnduna milyonlarla dollar yardım edib, buna görə də Ermənistanın milli qəhrəmanıdır. Erməni əsilli argentinalı milyonçu Eduardo Ernekyanın Xankəndi aeroportuna təyyarə bağışlamasını da bura əlavə edək. Azərbaycanda, ondan kənarda böyük pullara sahiblənənlərimiz var, amma... 

Əslində gərək dövlət səviyyəsində bir qərar qəbul olunaydı ki, milyonlara sahib olan, bu ölkədə sərvətlər toplayan hər kəs Qarabağın azadlığı naminə öz töhfəsini versin. Sabah inşallah Qarabağ azad ediləndə İsa bulağı ətrafında, Cıdır düzündə həmin bu milyonçuların gözü olacaq şübhəsiz ki. Elə isə niyə Qarabağın azadlığı üçün öz tərəflərindən addım atmamalıdırlar? Qoy birisi Qarabağa gedən yolun çəkilməsini öz üzərinə götürsün, başqası ayrı problemi həll etsin ki, sabah da işğaldan azad olunmuş Qarabağda iş görmək üçün dilləri uzun olsun. 

Bu gün düşmənlə haqq-hesab zamanıdır, “Dostluq” parkı ilə yox. Şuşanın azadlığı üçün pul xərcləmək lazımdır. Əminəm ki, orda tikiləcək villanı heç bir hakimiyyət sökməyəcək. Əksinə, Qarabağ üçün pul xərcləyənlər adla deyiləcək. Nə qədər utopik görünsə də, lap oliqarxlar arasında Qarabağı indidən bölüşdürmək də olar, yəni torpaqlar azad olunandan sonra bərpa işlərini kimlərin şirkətləri həyata keçirəcək şəklində...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar